Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa və Britaniya Rusiyada keçirilən seçkini azad olmayan seçki adlandırıblar

Polşa Xarici İşlər Nazirliyi martın 15-dən 17-dək keçirilən Rusiya prezident seçkilərinin qanuni, demokratik və ədalətli olmadığını bildirib...

Poliqon xəbər verir ki, Britaniyanın xarici işlər naziri Devid Kemeron səsvermənin keçirildiyi şərtlərin beynəlxalq standartlara uyğun olmadığını bildirib.

Polşa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Varşava Rusiyanın yeni bölgələrində seçkilərin nəticələrini tanımır. Xarici İşlər Nazirliyinin məlumatına görə, bütün ölkə üzrə səsvermə “repressiv qanunvericilik”, “müharibə əleyhinə fikir bildirən namizədlərin seçkilərdə iştirakına qadağa qoyulması” və “siyasi motivli cinayət mühakimələri” şəraitində keçib.

Ötən gün Almaniya Xarici İşlər Nazirliyi də Rusiyada keçirilən seçkiləri tənqid edib. Nazirlik bəyan edib ki, Rusiyada keçirilən “psevdoseçkilər” azad deyil və “onların nəticəsi heç kəsi təəccübləndirmir”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova buna belə cavab verib: “Almaniya Xarici İşlər Nazirliyinin şərhində razılaşa biləcəyim yeganə şey odur ki, Rusiyada səsvermənin nəticələrində təəccüblü heç nə yoxdur”.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, protokolların 93,06%-i işləndikdən sonra Vladimir Putin (öz namizədliyini irəli sürmüş) 87,26%, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,29%, Vladislav Davankov (Yeni insanlar) 3,89%, Leonid Slutski (LDPR) 3,16% səs toplayıb. Son məlumatlara görə, seçici fəallığı 74,22 faiz təşkil edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar