Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistan Azərbaycanla ölüm savaşına hazırlaşır...

Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə danışmaq istədiyini israrla dilə gətirib...

Tural İsmayılov: “Bu gün Ermənistan sistematik şəkildə Azərbaycan əleyhinə müharibəyə hazırlaşır, yaxud da hazırlaşdırılır”.

“Son dövrlər Paşinyanın sülh əleyhinə verdiyi açıqlamaları, dünya liderlərini aldatmağa çalışması, Ermənistanın ritorikası, Azərbaycanın sülhlə bağlı çağrışlarını qulaq ardına vurması, Azərbaycanla şərti sərhəddə səngərlər qazmalarına davam etməsi və Azərbaycan əleyhinə fortifikasiya qurğuları quraşdırmaları onu göstərir ki, Ermənistan Azərbaycanla ölüm savaşına hazırlaşır”.

Bu sözləri politoloq Tural İsmayılov Ermənistan liderlərinin prezident İlham Əliyevlə israrla danışmaq niyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıb. Bundan əvvəl isə Paşinyan Rusiya prezidenti istisna olmaqla bir sıra aparıcı dövlətlərin başçıları ilə telefonla əlaqə saxlayaraq, Azərbaycan prezidenti İlham Əliyevlə danışmaq istədiyini israrla dilə gətirib.

AzərbaycanErmənistan arasındakı hazırkı gərginliyin səviyyəni necə dəyərləndirmək olar? Növbəti müharibədən qaçınmaq üçün diplomatiya yetərli olacaqmı?

Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətini Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Sadəcə olaraq, Fransanın, İranın və müəyyən xarici güc faktorlarının dəstəyi ilə Ermənistan sonuncu dəfə Azərbaycan əleyhinə meydana atılıb”.

Bu gün Hindistan İran üzərindən və həmçinin, elə İranın özünün də Ermənistanı silahlandırdığını xatırladan politoloq Poliqon-a bildirib ki, bütün bunlar da onu göstərir ki, Ermənistan müharibə hazırlığı içindədir:

“Bu əlbəttə, birmənalı şəkildə yalandır. Çünki nəzərə almaq lazımdır ki, Ermənistan çox ciddi formada silahlanır və həmçinin, Azərbaycanla şərti sərhədlərdə demək olar, hər gün bir təxribat törətməyə çalışır. Eyni zamanda, Peyk görüntülərinin analizi də göstərir ki, bu gün Ermənistan sistematik şəkildə Azərbaycan əleyhinə müharibəyə hazırlaşır, yaxud da hazırlaşdırılır.

Bu gün Hindistan İran üzərindən və həmçinin, İranın özü də Ermənistanı silahlandırır. Bütün bunlar da onu göstərir ki, Ermənistan müharibə hazırlığındadır. Eyni zamanda, son dövrlər Paşinyanın sülh əleyhinə verdiyi açıqlamaları, dünya liderlərini aldatmağa çalışması, Ermənistanın ritorikası, Azərbaycanın sülhlə bağlı çağrışlarını qulaq ardına vurması, Azərbaycanla şərti sərhəddə səngərlər qazmalarına davam etməsi və Azərbaycan əleyhinə fortifikasiya qurğuları quraşdırmaları onu göstərir ki, Ermənistan Azərbaycanla ölüm savaşına hazırlaşır.

Tural İsmayılov: “Azərbaycanın Ermənistanın bu hərbi təxribatlarına mütləq şəkildə cavab verməsi lazımdır”.

Normalda bu gün Ermənistanın Azərbaycanla deyil, hansısa bir kiçik ölkə ilə belə müharibə aparacaq vəziyyəti yoxdur. Sadəcə olaraq, Fransanın, İranın və müəyyən xarici güc faktorlarının dəstəyi ilə Ermənistan sonuncu dəfə Azərbaycan əleyhinə meydana atılıb.

Hər bir halda, sülhlə bağlı çağrışlara cavab gəlməsə və eyni zamanda bizim Qarabağa qayıdan, sərhəddə yaşayan vətəndaşlarımızın təhlükəsizliyi üçün bizim də Ermənistanın bu hərbi təxribatlarına mütləq şəkildə cavab verməyimiz lazımdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Ən çox oxunanalar