Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis əməliyyat keçirib, 57 nəfər saxlanılıb, 120 kq narkotik götürülüb - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 57 üzvü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik vasitə və psixotrop maddə, həmçinin 4360 ədəd psixotrop tərkibli həb aşkar olunub.

Daxil olan məlumat əsasında Abşeron və Binəqədi rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Pənah İsmayılov və Ramin Abuzərov saxlanılıblar.

Pənah İsmayılov üzərindən və yaşadığı evdən 42 kiloqram, o cümlədən 30 kiloqram heroin, 9 kiloqram metamfetamin, 3 kiloqram marixuana, elektron tərəzilər və 1 ədəd narkotik vasitələrin satışına dair qeydlər apardığı dəftər, Ramin Abuzərovdan isə 8 kiloqram müxtəlif adda olan narkotik maddə aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının AstaraSalyan rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Fuad Əliyev, Emil Babayev, Bəxtiyar Əsədov, Fazil Baxşəliyev, eləcə də Elşən Əliyev, Rüstəm Əliyev və Sevinc Qasımova saxlanılıblar. Bu şəxslərdən, eləcə də evlərindən 56 kiloqram, o cümlədən 34 kiloqram heroin, 22 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 3300 ədəd metadon həbi aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, adları çəkilən 9 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiresici xassəyə malik narkotik vasitəni Azərbaycan ərazisində qəbul edərək satışı təşkil etməli imişlər.

Paytaxtda, eləcə də, cənub və qərb bölgələrdən həyata keçirilən digər əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 48 nəfər saxlanılıb. Bu şəxslərdən 14 kiloqram heroin, kokain, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Ən çox oxunanalar