Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Podolyak Ukraynanın hansı ərazilərə zərbə endirdiyini açıqlayıb

“Ukraynanın rəsmi mövqeyi belədir ki, biz Rusiya ərazisinə zərbələr endirmirik. Ukrayna 1991-ci ildə beynəlxalq birlik tərəfindən Ukrayna ərazisi kimi tanınan Donbas, Krım daxil olmaqla, işğal altındakı ərazilərdəki işğalçı qüvvələrə zərbələr endirir”.

Bunu ”Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixayilo Podolyak bildirib.

“Həmin ərazilərdə işğalçı qüvvələrə aid olan hər şeyi məhv etmək hüququna malikik. Bu gün beynəlxalq birlik, demokratik ölkələr birmənalı şəkildə bildirirlər ki, Ukrayna BMT nizamnaməsinin 51-ci maddəsinə, beynəlxalq hüquqa əsasən, hüququ baxımdan qüsursuz hərəkət edir. Rusiya ərazisinə zərbələrə gəlincə, bununla bağlı fərqli fikir səsləndirmişdim. Bu müharibənin, münaqişənin gələcək inkişafı nəticəsində Rusiya uduzaraq beynəlxalq birlik tərəfindən tanınmış 1991-ci ildəki sərhədlərinə doğru geri çəkiləcək. Nəticədə Rusiyada daxili münaqişələr, çaxnaşmalar baş qaldırmağa başlayacaq”, - o qeyd edib.

Prezident Ofisinin rəsmisinin sözlərinə görə, bu çaxnaşmalar Rusiya ərazisində müharibənin baş verməsi münaqişələrə gətirib çıxaracaq:

“Məsələn, bu, siyasi elitanın hərəkətlərinə dair əhalidə yaranan narazılıqla bağlı sosial yönümlü qiyamlar, elitalar arası münaqişələr ola bilər. Bir daha vurğulamaq istəyirəm ki, bütün bunlar nəticəsində partlayışlar baş verə, müxtəlif ərazilərə zərbələr endirilə bilər. Yəni bu, Ukrayna ilə bağlı olmayacaq. Bu, hərbi vertikalların zəifləməsi və siyasi deyil, sosial, iqtisadi etirazlar nəticəsində Rusiya dövlət idarəçilik sisteminin dağılması ilə əlaqədar olacaq”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib

Ən çox oxunanalar