Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Patruşevin iranlı həmkarı ilə müzakirə etdiyi mövzular açıqlanıb - Yenilənib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədian Moskvada keçirilən danışıqlarda təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə ediblər...

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Patruşev-Əhmədian görüşündə Rusiya-İran təhlükəsizlik əməkdaşlığının geniş spektri müzakirə edilib. Əsas diqqət iki ölkənin təhlükəsizlik şuraları, hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin qarşılıqlı fəaliyyətinə yönəlib.

Nikolay Patruşev və Əli Əhmədian yeni ikitərəfli hərtərəfli uzunmüddətli sazişin hazırlanmasını da müzakirə ediblər.

"Yeni ikitərəfli hərtərəfli uzunmüddətli sazişin hazırlanması məsələsinə toxunulub. Bu fundamental sənədin imzalanmasının bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə güclü təkan verəcəyi vurğulanıb", - deyə məlumatda bildirilib.

Bundan əlavə, tərəflər qlobal və regional tendensiyaları, habelə 2024-cü ildə Rusiyaİranın Təhlükəsizlik Şuraları arasında gözlənilən ikitərəfli və çoxtərəfli təmasları nəzərdən keçiriblər.

İki ölkənin təhlükəsizlik şuralarının işçi qruplarının qarşılıqlı maraq doğuran məsələlər üzrə fəaliyyət cədvəli razılaşdırılıb.

***

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iranlı həmkarı Əli Əkbər Əhmədiyanla danışıqlar aparır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan arasında danışıqlar başlayıb”, - məlumatda bildirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

İşdən çıxarılan icra başçısının mülkləri…

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Ən çox oxunanalar