Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın partiyasında Baş nazirdən narazılıq artır

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasında Baş nazir Nikol Paşinyanın son kadr dəyişiklikləri ilə bağlı narazılıqlar ortaya çıxıb...

PİA.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Paşinyanın son kadr dəyişiklikləri ilə bağlı hakim “Vətəndaş müqaviləsi” partiyasında dözümsüzlük müşahidə olunur. Xüsusən partiyanın veteranları Paşinyanın son qəararlarından narazılıq ifadə edirlər.

“Əvvəlcə baş nazirin müavini Hambartsum Matevosyan tutduğu vəzifədən azad edildi, onun yerinə isə “keçmiş” kadrlardan partiyasız Tiqran Xaçatryan təyin olundu. Halbuki partiyanın veteranlarından olan Araik Arutyunyan və Romanos Petrosyan bu vəzifəyə göz dikmişdilər”, deyə “Hraparak” qəzeti yazır.

Maliyyə naziri postuna partiyasız Vahe Hovhannisyanın təyin edilməsi və parlamentlə heç bir əlaqəsi olmayan Janna Andreasyanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə rəhbər gətirilməsi “Vətəndaş müqaviləsi” partiyasında səbrləri daşırıb.

Qəzet yazır ki, Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasından kənar adamların vəzifələrə təyin edilməsi hakim partiya üzvləri tərəfindən birmənalı qarşılanmır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar