Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın “güzgü prinsipi” və sülhdən qaçma cəhdləri - Ermənistanın can atdığı hədəf nədir?

Ermənistanın baş nazirinin qoşunların sərhəddən eyni vaxtda geri çəkilməsini şərt olaraq irəli sürməsi nəyə hesablanıb?..

Politoloq: “Ermənistan liderinin verdiyi bəyanatlar regionda sülhün yaranmasına və postmüharibə dövründə yaranan problemlərin həllinə hesablanmayıb”.

“Sərhəd məsələsi ilə bağlı Nikol Paşinyanın dedikləri növbəti populist çıxışıdır”.

Bu sözləri politoloq Xəyal Bəşirov Ermənistanın baş naziri Nikol Paşinyanın sərhədlə bağlı dediyi növbəti fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib ki, ErmənistanAzərbaycan qoşunları dövlət sərhədindən “güzgü prinsipi” ilə geri çəkilməlidir. Demarkasiya prosesi sovet xəritələrinə əsaslanaraq həyata keçirilməlidir. Paşinyan qeyd edib ki, Ermənistan tərəfi bu gündəmlə irəliləməyə hazırdır. O, həmçinin, bəyan edib ki, bölgədə kommunikasiyaların açılması Ermənistanın uzunmüddətli blokadasına son qoymağa imkan verəcək.

Qeyd edək ki, bundan əvvəl də Ermənistanın baş naziri bu tipli bəyanatlar səsləndirərək demilitasiysa və gemarkasiya prosseini əngəlləməyə cəyd edib. Bəs Paşinyanın bu şərtləri Azərbaycanın maraqlarına nə qədər cavab verir və Paşinyanın qoşunların sərhəddən eyni vaxtda geri çəkilməsini şərt olaraq irəli sürməsi nəyə hesablanıb? Ən əsası Paşinyanın əsil məqsədi nədir?

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Ermənistan Azərbaycanın təklif etdiyi böyük sülhə razı olmasa, təbii ki, Azərbaycanla Ermənistan arasında olan gərginlik yenə də qüvvədə qalacaq və gələcək də yeni müharibəni də istisna etmək olmaz”.

Nikol Paşinyanın Azərbaycan tərəfindən ortaya qoyulan təşəbbüsləri öz adına yazdığını bildirən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Ermənistanın baş nazirinin əsas məqsədi regionda gərginliyi saxlayır:

Ermənistanın baş naziri Nikol Paşinyan tək indi deyil, hakimiyyətdə olduğu 3 il yarım müddət ərzində daim ziddiyyətli fikirlər ilə yadda qalıb. Onun söylədiyi fikirlər, verdiyi bəyanatlar atdığı addımlara həmişə tərs olub. Bu gün də Ermənistanın baş naziri eyni siyasətini davam etdirir və Ermənistan üçün daha uyğun zamana qədər vaxt udmağa çalışır.

44 günlük müharibədən sonra Azərbaycan tərəfindən bölgədə formalaşmış olan yeni siyasi reallıqlara, yeni geosiyasi şərtlərə uyğun olaraq addım atmaq əvəzinə Nikol Paşinyan həm erməni ictimaiyyətini aldadır, həm də regionda sülhün, sabitliyin, təhlükəsizliyin tərəfdarı kimi çıxış etməklə beynəlxalq ictimaiyyətə yalnış fikir formalaşdırmağa çalışır. Düşünürəm ki, bu Ermənistan dövlətinin yürütdüyü məkirli və təxribat xarakterli siyasətin tərkib hissədir.

Azərbaycan 10 noyabr sazişindən, həmçinin 11 yanvar bəyannaməsindən sonra Qarabağ məsələsinin həlli istiqamətində sülh üçün bir sıra ciddi addımlar atıb. Bu gün də addım atmaq növbəsi Ermənistan tərəfindədir. Qazaxın 6 kəndinin və Naxçıvanın Kərki kəndinin boşaldılması, eyni zamanda Ermənistana aid olan qanunsuz silahlı birləşmələrin Azərbaycanın ərazisindən çıxarılması, sərhədlərin müəyyənləşməsi, yəni delimitasiyası və demarkasiyası prosesinə start verilməsi, həmçinin Zəngəzur dəhlizinin reallaşması ilə bağlı öhdəlikləri yerinə yetirmək əvəzinə Ermənistan lideri populizmlə məşğul olur.

Xəyal Bəşirov: “Əslində gərginliyin saxlanılması Ermənistan tərəfinin və onu idarə edən Nikol Paşinyanın maraqlarına uyğundur. Ermənilır gərginliyi saxlamaqla Qarabağ erməniləri üsün status əldə etməyə çalışırlar”.

Ermənistan bu addımları atmasa və Azərbaycanın təklif etdiyi böyük sülhə razı olmasa, təbii ki, Azərbaycanla Ermənistan arasında olan gərginlik yenə də qüvvədə qalacaq və gələcək də yeni müharibəni istisna etmək olmaz.

Nikol Paşinyan Azərbaycan tərəfindən ortalığa qoyulan təşəbbüsləri öz adına yazır. Paşinyan bununla da öz tərəfindən atılmalı olan addımlardan yayınmağa çalışır. Bu da regionda gərginliyi saxlayır.

Əslində gərginliyin saxlanılması Ermənistan tərəfinin və onu idarə edən Nikol Paşinyanın maraqlarına uyğundur. Ermənilır gərginliyi saxlamaqla Qarabağ erməniləri üsün status əldə etməyə çalışırlar. Azərbaycan isə münaqişənin bitdiyini elan edərək yekun sülhə can atır. Hadisələrin gedişi onu göstərir ki, bu sülhə nail olmaq üçün Azərbaycan Ermənistans “şok terapiyası” tətbiq etməlidir.

Bütün hallarda Ermənistanın sülhə getməkdən başqa yolu yoxdur. Çünki 30 il müddətinə Ermənistanı idarə edən cinayətkar dəstə ölkəni dalana dirəyib və qonşularla normal münasibətlər qurmadan Ermənistan bu dalandan çıxa bilməyəcək. Bu dalandan çıxmaq üçün mütləq şəkildə Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Əks təqdirdə Ermənistanı milli fəlakət gözləyir.

Düşünürəm ki, Ermənistan baş nazirinin indi atdığı addımlar tam olmasa da, yarı qismi Ermənistanın əvvəlki rəhbərliklərinin atdığı addımlara uyğundur. Bu da regionda sülhün yaranmasına və postmüharibə dövründə yaranan problemlərin həllinə hesablanmayıb. Əksinə bu addımlar regionda gərginliyin bir qədər də artmasına və həmin problemlərin həllinin mümkün qədər uzadılmasına hesablanıb.

Hər bir halda regionda geniş müharibənin olması ehtimalı demək olar ki, sıfıra bərabərdir. Ola bilər ki, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan beynəlxalq qanunlara uyğun olaraq öz suveren ərazilərdə genişmiqyaslı antiterror əməliyyatları həyata keçirsin. Bu zaman isə Ermənistanın həmin ciddi problemlərin həll olunması ilə bağlı atmalı olduğu addımlara ehtiyacı qalmayacaq. Çünki Azərbaycan özü münaqişəni həll etdiyi kimi, münaqişədən sonra yaranan problemlərin həllini də özü həyata keçirəcək. Bu işlərin Ermənistan tərəfindən könüllü həyata keçirilməsi daha məqsədəuyğun olardı. Bu zaman gələcəkdə AzərbaycanErmənistan arasında sülh sazişinin imzalanması da real olardı.

Xəyal Bəşirov: “Ermənistan rəhbərliyi bilməlidir ki, ölkəsinin blokadadan çıxmasının yeganə yolu qonşularına qarşı, xüsusilə Azərbaycan və Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddialarından əl çəkməsindən keçir”.

Paşinyanın qoşunların sərhəddən eyni vaxtda geri çəkilməsini şərt olaraq irəli sürməsində təəcüblü heç nə yoxdur. AzərbaycanErmənistan arasında sərhədlər bəllidir. Konkret xəritələr mövcuddur. Sadəcə olaraq Ermənistan bu prosesdən yayınır. Əgər Ermənistan doğurdan da sülh sazişinin imzalanmasına razıdırsa, ilk növbədə onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Həmçinin də AzərbaycanErmənistan arasında sərhədlər müəyyən edilməlidir. Bu şərtlər yerinə yetirilməyənə qədər sülh sazişinin imzalanması mümkün olmayacaq.

Düşünürəm ki, sərhəd məsələsi ilə bağlı Nikol Paşinyanın dedikləri növbəti populist çıxışıdır. Ermənistan rəhbərliyi bilməlidir ki, ölkəsinin blokadadan çıxmasının yeganə yolu qonşularına qarşı, xüsusilə Azərbaycan və Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddialarından əl çəkməsindən keçir. Ermənistan bu addımları atmayan qədər heç bir halda blokadadan çıxmayacaq və Ermənistanın daxildən olan gərginlik daim davam edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Ən çox oxunanalar