Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanı Moskvada çətin görüş gözləyir...

Putin qaynayan Ermənistandan nə istəyəcək?

Sarqis Arsruni

“1in.am”, Ermənistan, 04 sentyabr 2018-ci il

Rusiya Xarici işlər naziri Sergey Lavrov bazar ertəsi RF XİN Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbələri qarşısında çıxış edərək, Ermənistandakı daxili siyasi vəziyyətə toxunub, Ermənistandakı vəziyyətin “qaynamaqda davam etdiyini” qeyd edib.

RF XİN rəhbəri deyib: “Ermənistandakı vəziyyətin hazırda qaynamaqda davam etməsi, o cümlədən on il bundan öncəki hadisələrin təhqiqi, həbslərin aparılması bizi narahat edir. Biz hesab edirik ki, bu, Ermənistanın daxili işidir. Və istəyirik ki, bu daxili işlər möhkəm qanun və konstitusiya əsasında qalsın, həmçinin tezliklə qurtarsın ki, Ermənistan diqqətini yaradıcı vəzifələrə cəlb edə bilsin”.

Rusiya məmuru bir daha qeyd edib ki, Moskva baş nazir seçkisindən sonra baş verən hadisələri izləyir, lakin elə bir hərəkət etməyib və ya bəyanat verməyib ki, hətta güclə daxili işlərə müdaxilə kimi şərh edilə bilsin.

Diplomat onu da qeyd edib ki, “Digər xarici oyunçuların da bu cür hərəkət etdiyini deyə bilmərəm”.

Lavrovun son eyhamı ona görə tamamilə diqqətəlayiqdir ki, bizə Rusiyadan başqa hər hansı bir ölkənin Ermənistanın daxili işlərinə qarışmağa cəhd etməsi haqqında hər hansı bir fakt məlum deyil. Lavrov nəyə eyham vurur, yoxsa bu bəyanat Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsini legitimləşdirmək üçün səsləndirilib? Və ya Rusiya Xarici işlər naziri rus KİV-lərini Ermənistan hakimiyyətinin hərəkətlərinin “Soros” fondu kadrları tərəfindən istiqamətləndirilməsi haqqında dolduran informasiyaya əsaslanır?

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Lavrov əlavə edib ki, yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü olacaq. Lavrov, “bizim üçün Ermənistanın yeni liderinin öz ölkəsindəki vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirməsini eşitmək mühümdür. Biz, əlbəttə, bu vəziyyətdə Ermənistanın KTMT qarşısındakı öhdəliklərinə necə baxıldığına laqeyd qala bilmərik, biz hesab edirik ki, bu öhdəliklər qüvvədədir, onları, o cümlədən bizim təşkilatın etibarı və nüfuzunun möhkəmləndirilməsilə bağlı öhdəlikləri tam həcmdə yerinə yetirmək lazımdır” deyərək, fikrini yekunlaşdırıb.

Lavrovun eyhamları şəffafdır: Rusiya, əks halda Ermənistanın KTMT-də problemlərinin, dəqiq desək, bu təşkilatın Baş katibi vəzifəsilə bağlı olaraq problemlərinin yaranacağına eyham vuraraq, mahiyyətcə, Ermənistan hakimiyyətinə keçmişdə edilən cinayətlərin üstünün açılması prosesinin ləğv edilməsini təklif edir.

Lavrovun sözlərindən aydın olur ki, Putin-Paşinyan görüşü rəsmi olmayacaq və çox güman ki, Moskva bu görüşün gedişində Yerevandan izahat almağa çalışacaq.

Lavrovun təminatlarına baxmayaraq, Moskva Ermənistanın daxili siyasətinə, – bunun nəticələrinin tez və ya gec xarici siyasətdə də ortaya çıxacağından əmin olduğundan, – birbaşa təsir etməyə çalışır.

Nikol Paşinyanı Moskvada çətin görüş gözləyir, çünki Moskva, mahiyyətcə, ondan Ermənistanın Rusiyadan asılılığının əsaslarının toxunulmazlığını, başqa sözlə, keçmişdə edilən və kriminal oliqarxiyanı – Rusiyanın Ermənistandakı siyasətinin iki onillik ərzində söykəndiyi seqmenti institusional müstəvidə dağıdacaq cinayətlərin təhqiqatının durdurulmasını tələb edir. Aydındır ki, Ermənistan rəhbərliyi Moskvanın bu tələbini, bu yolla, mahiyyət etibarı ilə, inqilabın qələbəsini ləğv edərək, qəbul edə bilməz.

Digər tərəfdən, tamamilə mümkündür ki, Moskva üçün Ermənistanın daxili siyasi gündəliyi Ermənistana təzyiq etmək və xarici siyasət sferasında ondan güzəştlər qoparmaqdan ötrü sadəcə bir bəhanədir. Nə olursa olsun, bundan sonra aydın olan odur ki, Yerevanda və Moskvada artıq, demək olar, açıq mətnlə münasibətlərdə böhrandan danışırlar. Şübhəsiz, o (münasibətlərdəki böhran – tərc.), aradan qaldırılmalıdır, lakin aydındır ki, Ermənistanın inqilab sonrası ilk aylardakı xarici siyasəti həddindən artıq qeyri-məqsədyönlü və qeyri-effektli olub. Və Ermənistan hökuməti primitiv, qeyri-peşəkar yanaşmaları istisna edərək, məhz bu sahəyə yenidən baxmalıdır.

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket: Paşinyan Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub - Yenilənib

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Ən çox oxunanalar