Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: "Qarabağdakı ermənilər mənim sözlərimi səhv başa düşür"

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə deyib ki, onun sözləri Dağlıq Qarabağda əsasən yanlış anlaşılır və 18 aprel çıxışının da eyni aqibətlə üzləşməsi mümkündür.

Poliqon bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir.

Çərşənbə günü Xankəndindəki separatçı rejim bəyan edib ki, onlar Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı sözlərini qəbuledilməz hesab edir və bunu Madrid prinsiplərinin bəndlərindən biri kimi əsaslandırmağa çalışırlar. Onların fikrincə, Ermənistan hakimiyyəti "Dağlıq Qarabağ əhalisi"nin təhlükəsizliyinin təmin edilməsi məsələsini öz müqəddəratını təyin etmək hüququndan ayırır.

"Mən ordan gələn fikirləri yaxından izləyirəm, yüksək qiymətləndirirəm, hörmət edirəm. Amma dediklərim başqa şeyə aiddir... Onlar adətən səhv başa düşürlər və ola bilsin ki, bu dəfə də belə olub. Amma mənim qiymətləndirmələrim çox aydındır", deyə Paşinyan jurnalistlərə bildirib.

Paşinyan vurğulayıb ki, Madrid prinsiplərində öz müqəddəratını təyinetmə hüququnun ifadəsi Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deməyə əsas verir.

Onun sözlərinə görə, bu nəzərə alınmayıb və Ermənistanda beynəlxalq və geosiyasi vəziyyətlə heç bir əlaqəsi olmayan paralel reallıq var idi.

Qeyd edək ki, bundan əvvəl Paşinyan 2007-ci ildə qəbul edilmiş Madrid prinsiplərinin Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinə mane olduğunu deyib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ən çox oxunanalar