Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: "Azərbaycan münaqişənin Ermənistan üçün məqbul variantda həllini düşünmür"

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə Milli Məclisində keçirilən “hökumət saatında” Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edib

O deyib ki, səmərəli danışıqların keçirilməsi üçün səmərəli danışıq formatı olmalıdır. Paşinyan bildirib ki, belə bir format 1994-cü ildən mövcuddur və Dağlıq Qarabağ bu formatda danışıqlar prosesinin bərabərhüquqlu tərəfi kimi tanınıb: “Biz indi cəhd göstəririk ki,bu təsbit edilmiş format ATƏT-in Minsk qrupunun çərçivəsində tammənalı şəkildə işləsin”.

Müzakirə zamanı Paşinyanın “Mənim addımım” fraksiyasından Tatev Ayrapetyan deyib ki, Bakı hazırda bütün dünyaya erməni tərəfinin mövqeyini sərtləşdirdiyini göstərməyə çalışır. Buna cavab olaraq Paşinyan deyib ki, belə qiymətləndirmələr mövcuddur, amma onun rəhbərlik etdiyi hökumətin Qarabağ tənzimlənməsinə dair mövqeyində heç bir dəyişiklik baş verməyib:

“Hələ bundan əvvəlki çağırış Milli Məclisində mən elə bu tribunadan demişdim ki… Qarabağ probleminin istənilən həlli Ermənistan xalqı, Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Biz özümüz də başa düşürük ki, bu elə də yüngül bəyanat deyil…

Bu bəyanat normal danışıqlar atmosferinin yaradılması üçün və Azərbaycan tərəfinin də belə bir bəyanatla çıxış edəcəyi ümidi ilə verilmişdi və Ermənistan əslində bu istiqamətdə ilk addım atmışdı. Təəssüf ki, Azərbaycan tərəfindən indiyədək belə bəyanat verilməyib. Əksinə məsələlərin güc və hərbi yolla həll edilməsinə hazır olduqlarına dair daim eyham vurulur. Elə bəyanatlar səslənir ki, Azərbaycan hökumətinin məsələnin tənzimlənməsinin Qarabağ və Ermənisrtan xalqları üçün də məqbul variantının mövcudluğu barədə hətta düşünmədiyini göstərir…”.

Azərbaycan tərəfinin Qarabağa ən yüksək muxtariyyət verilməsi təklifi ilə bağlı məsələyə toxunan Paşinyan deyib ki, Qarabağ xalqının öz müqəddəratını müəyyən etmək haqqı var və o bu haqdan istifadə etməlidir:

“Ən yüksək səviyyədə muxtariyyət nə deməkdir? Dağlıq Qarabağ xalqı öz mövqeyini dəqiq bildirib. Dağlıq Qarabağ xalqının öz müqəddəratını müəyyən etmək hüququ var o bu hüquqdan istifadə edə bilməlidir. Beynəlxalq icmaya gəlincə isə, hesab edirəm ki, ATƏT-in Minsk qrupunun çərçivəsində elə prinsiplər təsbit olunub ki, bu prinsiplərin çərçivəsində tənzimlənmə əldə olunmalıdır. Çox mühümdür ki, bu prinsiplərdən biri kimi xalqların öz müqəddəratını təyinetmə hüququ təsbit olunub”. (Azadlıq radiosu)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Ən çox oxunanalar