Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşa Talıblı: "Tanrının nəyinə lazımam, görən?"

Ən yaxşısı...

Kim sən biləni bilər ki;
qadın evdə həvədimi?
...amma yenə uçmağa da
ən yaxşısı dəvədi...min!

...builki qürbətçilikdən
boynubükük qərib çıxdım!
..Diogen tək çəlləyə gir
gözlə...bəlkə gəlib çıxdım!

...başımda şer havası,
alnımdan da Ayı gözlə.
...Tanrımı? O da neyləsin?
Nəfəsləri sayır...gözlə!

Nəfəsi candan ayırır...
Gördüyünü gizlə...gözlə!
...amma yenə ən yaxşısı
gözləməkdi...gözlə, gözlə!


Bu divarda bulud hardan...

Yenə gecələrdən biri...
...mən yuxusuz, gecə diri.
...kiri könül, kiri, kiri!
Mənim Tanrım daş divardı.

Bütün gecəni üz-üzə,
göz-gözə qaldığım divar.
...sonuncu günahım kimi
boynuma aldığım divar.

...uçuq ağzına baxıram,
dişi tökülür üstümə.
...mənimTanrım daş divardı,
daşı tökülür üstümə.

Mənim Tanrım daş divardı...
Bu divarda dulud hardan?
...Tanrının səsi gəlirdi,
Ay gülürdü buludlardan.


Gölməçədəki Ay...

...gölməçədə bir Ay şəkli
göy üzündən uzağıydı.
...nəfəsi gedib-gəlirdi,
işığı hələ sağıydı.

...tanımadığım Ay şəkli
adi..birisimi deyim?
...mən ona su sonasımı,
sular pərisimi deyim?

...o düşəndi düşüb göydən,
qəmi həm azdı həm də çox!
...yenə Ayı düşünürəm,
heç ağlımda gölməçə yox!


Sarkazmla desək...

Eşq hər canı xatırlamır,
şərab camını unudur.
...ayin və zəng səslərinə
kilsə damını unudur.

...suda batır, oddan çıxır,
üstdən girir, altdan çıxır.
Kamın lütfü yaddan çıxır,
könül kamını unudur.

Ruhumuzun pətək halı;
hanı ətək-ətək balı?
...hər dəfə Tanrı tək qalır!
Yoxsa, hamını unudur?


Yazılmamış şer...

...təkliyini kimin əlindən alıb,
kimin gözləriylə ağlayır Tanrı?
Yəqin yer üzündə lazımam hələ...
Məni yer üzündə saxlayır Tanrı!

Mən həm də bilirəm, yaxşı bilirəm
gözü göz yaşından iri saxlayır.
...hamının yerinə saxlayır məni
və həm də hamıdan diri saxlayır.

Qarabasma bilib gülməkmi yaxşı
yoxsa ağlamaqmı yasıma, görən?
Bu qədər özünə yaxın saxlayır...
Tanrının nəyinə lazımam, görən?


Qalırsan yenə əcəllə...

...zurna-qaval yağışlar da
qədim-qayım üzə damır.
...söz deyə yağış dilində;
varmı elə söz adamı?

Bu dünya rənglər köşkümü?
...qarası tox, ağı acmı?
...meyvə verəcək deyilsə,
deyilsə, yavrum...ağacmı?

Havayı əl-qol atırsan...
Heç nə tutulmur ac əllə!
...hamı çıxıb gedir səndən,
qalırsan yenə əcəllə!

...əcəllə işimiz olmur!
Öləm bizik, sağ ahlarmı?
...ümid yenə sabahadı!
Öyrən, yavrum, sabah varmı?

Paşa Talıblı

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Ən çox oxunanalar