Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya VIII Qurultayını keçirdi - Foto

Hafiz Hacıyev açıq səsvermə ilə yenidən MMP sədri seçildi.

Bu gün Müasir Müsavat Partiyası (MMP) növbəti VIII Qurultayını  kecirib.

Versus.Az xəbər verir ki, bu barədə partiyanın Mətbuat Xidmətinin məlumatında bildirilib. Qeyd edilir ki, Qurultay COVİD-19 pandemiyası ilə əlaqədar onlayn şəkildə keçirilib.

Qurultay iştirakcılarını, qurultay nümayəndələrini, qurultaya dəvət olunanları, siyasi partiya nümayəndələrini salamlayan Hafiz Hacıyev çıxış edərək bildirib ki, 2020-ci il Türk dünyası üçün cox əlamətdar il olub. Partiya sədri qeyd edib ki, 30 ildir erməni terrorçularının əlində olan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə geri qaytarılaraq tarixi qələbə qazandıq. O, siyasi partiya olaraq dövlətin və Ali Baş Komandanın daim yanında olduqlarını vurğulayıb.

Qeyd edək ki, MMP-nin VIII Qurultayına 45 nəfər qatılıb. Qurultayın öz işinə başlaması üçün yekdilliklə səs verilib. Qurultayi açiq elan edilib. H.Hacıyev Təşkilat Komitəsi adından hesabat xarakterli, eyni zamanda siyasi məruzə ilə çıxış edib. Qurultayda digər seçki orqanların da hesabat məruzələri dinlənilib. Qurultay nümayəndələri hər üç məruzəni qənaətbəxş hesab edib.

Qurultayın mandat komissiyasının seçilməsi üçün Qurultay nümayəndəsi Qismət Allahverdiyev təklif irəli sürüb. Bildirib ki, mandat komissiyasının tərkibi 3 nəfərdən ibarət seçilsin. Mandat komissiyasının say və fərdi tərkibi səsə qoyularaq təsdiq edilib. Qurultayın rəyasət heyəti, işçi orqanları və gündəliyi təsdiq ücün qurultay iştirakçılarının müzakirəsinə verilib.

Beləliklə, H.Hacıyev MMP sədri, İ.Məmmədov və Könül İsmayılova sədr müavini, Rəhim Qəmbərov rayon təşkilat sədri, Barat Atamov MMP-nin üzvü, 3 nəfərdən ibarət hesablayıcı komissiya secilib.

Sonra qurultayın gündəliyi müzakirə edilib və təsdiq olunub. Mandat komisiyasının hesabatı da dinlənilib.

Sonra 70 nəfərdən ibarət Siyasi Şuranın tərkibi təsdiq edilib. 5 nəfərdən ibarət MMP-nin Mərkəzi nəzarət təftiş komisiyasının yeni tərkibi təsdiq edilib. Daha sonra açıq səsvermə ilə H.Hacıyev yenidən  MMP-nin sədri seçilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Ən çox oxunanalar