Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris mühasirəyə alınacaq - 15 min polis etirazçılara qarşə səfərbər edilib

Fransız fermerlər hökümətin aqrar siyasətinə qarşı Parisi mühasirəyə alırlar...

Fransa Kənd Təsərrüfatı Həmkarlar İttifaqları Milli Federasiyası (FNSEA) və Jeunes Kənd Təsərrüfatı Mütəxəssisləri İttifaqı şəhərə gedən 7 magistral yolu bağlamağı planlaşdırır.

Poliqon xəbər verir ki, Jeunes Agriculteurs Baş katibinin müavini Kanten Li Le Qiyu bunun üçün onlar 1,5 mindən 2,5 minə qədər traktoru yollara sürəcəklərini bildirib.

Qeyd edək ki, daha əvvəl FNSEA və Jeunes Agriculteurs təmsilçiləri Parisə hər hansı mal tədarükünün qarşısını almaq istədiklərini bildirmişdilər. Kampaniya ən azı beş gün davam etməlidir. “Mühasirə” həmçinin Fransa paytaxtının iki əsas hava limanına - Ruassi-Şarl de Qoll və Orlin hala vimalrına da tətbiq olunacaq. Eləcə də Avropanın ən böyük ərzaq bazarı ola və şəhərin cənubunda yerləşən Ryunji bazarı da fermerlərin əsas hədəfi olacaq.

Bir gün əvvəl fermerləri magistraldan qovmayacaqlarını elan edən Daxili İşlər Nazirliyi Parisin ətrafında bütöv bir müdafiə xətti qurub. Təkcə Fransanın paytaxtının yerləşdiyi İl-de-Frans bölgəsində 15 mindən çox polis yolları mühafizə altına alıb. Fermerlərin mühasirəyə almaq istədikləri bazara jandarm zirehli maşın gətirib.

Yada salaq ki, etiraza səbəb Baş nazir Qabriel Attalın kənd təsərrüfatında təklif etdiyi tədbirlər planı olub. Cümə günü, yanvarın 26-da o, hökumətin kənd təsərrüfatı məqsədləri üçün satılan dizel yanacağına vergi artımından imtina etmək planlarını açıqlayıb.

Attalın təklif etdiyi tədbirlər Fransa fermerlərini qane etməyib. Ötən həftələrdə onlar traktorlar, ot tayaları və peyin qalaqları ilə magistral yollarda nəqliyyatın hərəkətini kəsiblər. Bundan əlavə, onlar prefekturaları və inzibati binaları tullantılarla zibilləyirlər.

Fermerlər fəaliyyətlərinin əhəmiyyətinin tanınmasını tələb edir və guya onları rəqabətsiz hala gətirən hökumətin kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

ABŞ Kiyevə 2,3 milyard dollarlıq silah paketi ayırdığını elan etmək niyyətindədir

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Ən çox oxunanalar