Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özlərini qazi kimi təqdim edən şəxslər polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb...

İddialara cavab olaraq, DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov "Report"a bildirib ki, həmin şəxslərdən 2 nəfər polisin qanuni müdaxiləsindən yayınaraq intihara cəhd görüntüsü yaradıb.

Sentyabrın 22-də saat 21:30 radələrində özünü qazi kimi təqdim edən bir qrup şəxsin Bakı Dövlət Universitetinin tələbə yataqxanasına daxil olaraq bir neçə otağı zəbt etmələri ilə bağlı polisə məlumat daxil olub.

Həmin şəxslər sentyabrın 21-də və bu gün yataqxanada əlavə otaqlar zəbt etmək məqsədilə həmin ünvana gəliblər. Həmin şəxslərdən, borclu qismində axtarışda olan — 1993-cu il təvəllüdlü Mahmudov Rufan Aleksandr oğlu özünü “Varis" şəhid ailələri və qazılərə qayğı ictimai birliyinin üzvü və müharibə iştirakçısı kimi təqdim etməklə tabesizlik nümayiş etdirib, qanunsuz tələblər irəli sürüb.

Bu zaman R.Mahmudovla birlikdə əvvəllər də Yasamal rayonu A.Abbasov küçəsində yerləşən Həkimlərin təkmilləşdirmə İnstitutunun otaqlarını zəbt edən 3-cü dərəcəli əlillik statusu olan, 1993-cü il təvəllüdlü Süleymanov Ruslan Fazil oğlu və digərləri özlərini qazı kimi təqdim etməklə münaqişə yaradıblar, polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər. Onlar polis orqanına dəvət edilib. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində müvafiq tədbirlər görülür.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Ən çox oxunanalar