Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Özəl liseylər reytinqə işləyirlər”: Dilimiz və tariximiz isə arxa planda qalıb

Son vaxtlar özəl liseylərdə Azərbaycan dili və tarixinin bərbad tədris edilməsi müzakirə edilən məsələlərdən biridir. Ekspertlərin rəyinə görə, müvafiq dövlət qurumları da bir çox liseylərin tədris prosesinə müdaxilə edə bilmir...

Nəticədə, bəzi liseylər özfəaliyyətlə məşğul olur, heç bir qurum qarşısında hesabat vermir.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilov Bizim.media-ya açıqlamasında bildirib ki, özəl liseylər qanunvericiliyə görə öz tədris proseslərini Elm və Təhsil Nazirliyi ilə razılaşdırırlar:

“Lakin özəl liseylər tədris prosesini seçməkdə sərbəstdirlər. Bu tədris müəssisələrindəki tədris prosesi və hətta dərsliklər belə ənənəvi məktəblərdəkindən fərqlənir.

Özəl məktəblər hansı dildə tədris aparırsa, bir növ həmin ölkənin tədris təcrübəsindən faydalanır. Bu da ondan irəli gəlir ki, liseylərin əsas hədəfi öz məzunlarının daha çox əcnəbi ölkələrdə ali təhsil almasına fürsət qazandırmaqdır.

Əcnəbi ölkələrə qəbul zamanı Azərbaycan dilinin və tarixinin səviyyəsi yox, məhz əcnəbi dili necə mənimsədiyinə baxılır.
Ona görə də özəl liseylər tədris prosesində Azərbaycan dili və tarixinə heç də önəm vermirlər və bu fənlər formal olaraq tədris olunur. Formal tədrisin keyfiyyətindənsə danışmağa dəymir”.

Nadir İsrafilov onu da qeyd edib ki, özəl liseylər reytinqə işləyirlər:

“Onlar keyfiyyətə yox, kəmiyyətə baxırlar. Yəni daha çox məzunun hansısa əcnəbi ölkələrin ali məktəblərinə qəbulu əsas məsələdir.

Əcnəbi ölkələrdə tələbə adının daha çox qazanması isə sırf kommersiya maraqlarına xidmət edir. Nəticədə xarici qəbul sayı liseyin reytinqini artırır. Reytinqin yüksəlməsi isə daha çox müştəri deməkdir.

Ona görə də özəl liseylərdə əsas diqqət əcnəbi dillərin və İT fənlərinin daha yaxşı tədrisinə yönəldilir. Belə olduğu üçün Azərbaycan dili və tarixi fənləri arxa plana keçir”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay