Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb

İyunun 21-də riyaziyyat fənni üzrə keçirilən sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərdən 38-i maksimum bal toplayıb...

Poliqon xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, ötən gün keçirilən test imtahanlarında 8 580 təhsilverən iştirak edib. Prosesin ilk günündə 97% davamiyyət qeydə alınıb. Test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 18 müxtəlif şəhəri üzrə 27 imtahan mərkəzində təşkil olunub.

İmtahanında ölkə üzrə 38 təhsilverən riyaziyyat fənni üzrə maksimum bal toplayıb. Onlardan biri rus, qalanları isə Azərbaycan bölməsi üzrə maksimum – 60 bal toplamağa müvəffəq olublar. Həmçinin riyaziyyat fənni üzrə maksimum bal toplayan müəllimlərdən 3-ü kişi, 35-i isə qadın müəllimlərdir.
Maksimum bal toplayan müəllimlərin ən yaşlısının 56, ən gəncinin isə 27 yaşları olub. Ümumilikdə həmin müəllimlərin yaş ortalaması 36.5 olub.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Bu müəllimlər 2-ci cəhddə də keçid balını toplaya bilməyib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib - Yenilənib

Ən çox oxunanalar