Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Ermənistanın Malıbəyli və Quşçularda törətdiyi qətliamla bağlı çağırış edib

Ombudsman Şuşanın Malıbəyli və Quşçular kəndlərində ermənilər tərəfindən törədilmiş qətliamlardan 30 il ötməsi ilə bağlı beyxəlxalq ictimaiyyətə çağırış edib.

Ombudsman Aparatından verilən xəbərə görə, çağırışda bildirilib ki, tarix boyu Ermənistanın Azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnən cinayətlərə səbəb olub.

Qeyd edilib ki, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş bu çirkin siyasətin qurbanlarından biri də Malıbəyli və Quşçular kəndlərində yaşamış dinc azərbaycanlı ailələr olub. 10-12 fevral 1992-ci il tarixlərində erməni silahlı birləşmələri Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində soyqırım cinayəti törədərək, içərisində uşaq, qadın və ahıl insanlar olmaqla 50-yə yaxın dinc azərbaycanlını qətlə yetirib, kəndləri tamamilə yandırıb: "Cəzasızlıq mühitindən istifadə edərək erməni silahlı birləşmələri Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində törətmiş olduqları qətliamdan sonra da öz çirkin əməllərini davam etdirərək, Qaradağlı, Ağdaban və əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımını törətdilər. İnanıram ki, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən qatı cinayətləri törətmiş erməni silahlı birləşmələrinin üzvləri və Ermənistanın hərbi-siyasi rəhbərliyi tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb ediləcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar