Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkənin sosial müdafiə problemi - Azərbaycanda milyonlarla insan sosial müdafiədən kənarda qalır?..

Statistikadan yola çıxarsaq, hökümətin sosial siyasətini necə dəyərləndirmək olar?..

Sosioloq: “Məşğulluq statistikası tamamən cəfəngiyyatdır, reallıq tam əksinədir”.

“Ölkədə rəsmi yaşayış minimumu 200 manat civarındadır, hətta bununla götürsək belə, 5 nəfərlik ailənin aylıq gəliri ən azı 1000 manat olmalıdır ki, o yoxsulluq həddində yaşaya bilsin”.

Bu sözləri sosioloq Elçin Bayramlı muzdla çalışan insanın və ailə üzvlərinin sosial müdafidən kənar qalmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ölkədə 5.3 milyon əmək qabiliyyətli vətəndaşın 1.7 milyonu muzdla çalışır, təxminən 1 milyona yaxın insan da özəl sektorda fəaliyyət göstərir. Hökumət qalan vətəndaşların əksəriyyətini də işsiz hesab etmir. Məsələn, adına pay torpağı olan 700 mindən artıq insan, ondan gəlir qazanıb-qazanmamasından asılı olmayaraq, işsiz hesab edilmir. Ortada təxminən 1.5 milyon nəfərin nə ilə məşğul olduğu, gəlirlərini necə formalaşdırdığı məlum deyil.

Statistikaya görə, ölkədə muzdlu çalışan 1.7 milyon nəfərin təxminən 800 min nəfəri 400 manatdan aşağı əməkhaqqı qalır. Azərbaycanda orta aylıq maaş 712 manatdır, bu rəqəm də reallığı əks etdirmir. SOCAR və başqa dövlət qurumlarında 2-3 min manat maaş alanlarla kiçik əməkhaqqı alanların gəlirlərini toplayıb, ortaq rəqəm çıxarılır. Hökumətin proqnozuna görə, maaş, pensiya, müavinət və əməkhaqqı artımlarından sonra Azərbaycanda orta aylıq gəlir 823 manata yüksələcək.

Rəsmi məlumata görə, ölkədə 379 min nəfər işsiz qeydə alınıb ki, bu iqtisadi fəal əhalinin 7.2 faizini təşkil edib. Ortada təxminən 1.5 milyon nəfərin nə ilə məşğul olduğu, gəlirlərini necə formalaşdırdığı məlum deyil.

Bu statistikadan yola çıxarsaq, hökümətin sosial siyasətini necə dəyərləndirmək olar? Ümumiyyətlə nəylə məşğul olduğu bəlli olmayan 1.5 milyon insanın və onların ailə üzvlərinin, o cümlədən nəzərə almaq lazımdır ki, 1,7 milyon muzdla çalışan insanın böyük əlsəriyyətinin əmək müqaviləsi yoxdur. Onların və ailə üzvlərinin sosial müdafiədən kənar qalması nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Faktiki olaraq işsizlik və yoxsulluq həddi rəsmi statistikanın azı 10 qatıdır”.

Son illər çox az vətəndaşın dövlətdən sosial yardım ala bildiyini vurğulayan sosioloq PİA.az-a bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müxtəlif əsassız bəhanələrlə yardıma ehtiyacı olanlara sosial yardımı verməməyə çalışır:

“Məşğulluq statistikası tamamən cəfəngiyyatdır, reallıq tam əksinədir. Hər hansı bir birdəfəlik işə görə məcburən VÖİN açanı sahibkar hesab etmək, çölün düzündə toprağı, ya da həyətində bir neçə toyuğu, bir köhnə və xarab maşını və ya beş-on dənə meyvə ağacı olanları işçi hesab etmək gülməlidir. Faktiki olaraq işsizlik və yoxsulluq həddi rəsmi statistikanın azı 10 qatıdır. 5 milyon yarımadək iş qabiliyyətli vətəndaşın maksimum 3 milyonu işləyir. Onların da çoxu aşağı əməkhaqqına işləyirlər.

Maaş artımları da vəziyyəti daha da pisləşdirir, çünki bu artımlar ancaq dövlət sektorunda işləyənlərə aid olur, özəl sektorda və fərdi işləyənlərə bunun nə aidiyyatı var? Nəticədə qiymətləri bahalaşır, onların əməkhaqqı isə artmır.

Ölkədə rəsmi yaşayış minimumu 200 manat civarındadır, hətta bununla götürsək belə, 5 nəfərlik ailənin aylıq gəliri ən azı 1000 manat olmalıdır ki, o yoxsulluq həddində yaşaya bilsin. Bundan aşağı gəlirin fərqini sosial yardım proqramı ödəməlidir. İşləyənlərin isə azı 80 faizinin ailəvi gəliri 1000 manatdan aşağıdır. Lakin son illər çox az vətəndaş dövlətdən sosial yardım ala bilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müxtəlif əsassız bəhanələrlə yardıma ehtiyacı olanlara sosial yardımı verməməyə çalışır.

Elçin Bayramlı: “Sosial yardım şərtlərinə yenidən baxılmalı, konkret olaraq adambaşına ayda 200 manatdan aşağı təmiz gəlir düşən vətəndaşlara çatışmayan hissə kompensasiya edilməlidir”.

Yoxsulluq həddini müəyyənləşdirən bir üsul da var- beynəlxalq standarta görə gəlirinin 30 faizindən çoxunu ərzağa xərcləyənlər yoxsul sayılır. Gəlin biz hələ minimum maaş yox, rəsmi orta əməkhaqqı olan şəxsin ailəsi üzərindən müqayisə aparaq. 700 manatlıq orta əməkhaqqı alan vətəndaşın 5 nəfərlik ailəsində adambaşına 150 manat da düşmür, halbuki yaşayış minimumu 200 manatdır. Bu vətəndaşın ailəsinin ərzağa olan ehtiyacı ən azı 400 manatdan çox təşkil edir. Demək, təxminən gəlirinin 60 faizini ərzağa zərcləyir. Bu o deməkdir ki orta əməkhaqqı alan şəxs belə yoxsulluq həddindən 2 dəfə aşağı yaşayır- biz buna ifrat yoxsulluq deyilik. Əgər orta əməkhaqqı alan vətəndaş ifrat yoxsuldursa, demək aşağı maaş alanlara heç cür ad tapmaq mümkün deyil.

Kommunal xidmətlərin və gündəlik tələbat mallarının durmadan bahalaşması nəticəsində ölkədə yoxsulluq səviyyəsi artır, əhalinin vəziyyəti ağırlaşır. Pandemiya səbəbi ilə izşizlər ordusuna yüz minlərlə yeni insan qoşuldu və onların vəziyyəti hazırda acınacaqlıdır. Ona görə də hökumətin 2 yolu var- ya əhalinin azı yarısına sosial yardım edilməlidir, ya da tam azad iqtisadi mühit yaradılmalıdır ki, hərə öz başını saxlaya bilsin.

Monopoliyaya son qoyulmalı, vergi və gömrük rüsumları azaldılmalı, istehsal və xidmət obyekti açanlara müdaxilələr aradan qaldırılmalıdır. Dövlət üstəlik, faizssiz kreditlər verməlidir, özünüməşğulluq proqramının həcmi azı 10 dəfə artırılmalıdır. Sosial yardım şərtlərinə yenidən baxılmalı, konkret olaraq adambaşına ayda 200 manatdan aşağı təmiz gəlir düşən vətəndaşlara çatışmayan hissə kompensasiya edilməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay