Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə meyvə və tərəvəzlər neçəyə satılır? - Qiymətlər, Foto

İyul ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya (iyun) və 2020-ci ilin müvafiq dövrünə (iyul ayına) nəzərən dəyişməsini təqdim edirik.

Ötən ay meyvələrdən almanın, “Krım” növ gilasın, gilənarın, əriyin, şaftalının, alçanın, çiyələyin topdansatış qiyməti iyun ayına nəzərən artıb. “Romanovka” növ gilasın, armudun, gavalının, moruğun qiyməti isə azalıb.

İyul ayında tərəvəzlərdən kələmin, Bərdə soğanının, “yelpənək” növ xiyarın, pomidorun, lobyanın və sarımsağın qiyməti əvvəlki ayla müqayisədə artıb. Kartofun, “tikanlı” növ xiyarın, “Ağdam sarı” növ soğanın, badımcanın, yaşıl bibərin qiyməti isə azalıb. Aylıq müqayisədə yerkökünün qiyməti sabit qalıb.

Bostan məhsullarından yemiş və qarpızın qiyməti düşüb.

İyul ayında kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya nisbətən dəyişməsi (manatla)

Ötən ilin iyul ayı ilə müqayisədə 2021-ci ilin iyul ayında meyvələrdən almanın, gilənarın, şaftalının, moruğun, alçanın, gilasın, gavalının, üzümün, limonun qiyməti azalıb. Əriyin, çiyələyin qiyməti isə artıb.

İllik müqayisədə tərəvəzlərdən yaşıl bibərin, sarımsağın, lobyanın, pomidorun, badımcanın qiyməti azalıb. Kartofun, xiyarın, sağanın, kələmin, yerkökünün qiyməti isə artıb.

Bostan məhsullarından qarpız və yemişin qiyməti düşüb.

Kənd təsərrüfatı məhsullarının 2021-ci ilin iyul ayındakı topdansatış qiymətinin ötən ilin müvafiq ayına nisbətən dəyişməsi (manatla)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay