Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu-Yorkda dünyanın ən böyük Milad ağacı işıqlandırılıb

Yeni İlin əsas simvolu hesab olunan və hər il ənənəvi olaraq Nyu-Yorkda ucaldılan dünyanın ən böyük Milad ağacı işıqlandırılıb...

“Report”un ABŞ bürosu xəbər verir ki, Rokfeller mərkəzində quraşdırılan nəhəng Küknar ağacı bu il 50 mindən çox rəngli led işıqla işıqlandırılıb.

Ağacın zirvəsinə üç milyon “Swarovski” kristalı ilə örtülmüş 900 funtluq ulduz qoyulub.

Nyu-Yorkun Manhetten adasında keçirilən işıqlandırma mərasimində minlərlə turist və yerli sakinlər iştirak ediblər.

Norveç ladini (Picea abies) cinsindən olan bu ilki ağac Nyu-Yorkun Kvinsberi şəhərindən gətirilib. Ağacı 91 illik ənənəni 30 ildir davam etdirən Rokfeller Mərkəzinin baş bağbanı Erik Pauze tapıb. Bağban ağacın gözəl və mükəmməl formasının olduğunu və gözlərini ağaca dikən hər şəxsdə xoşbəxtlik hissi oyatmaqla üzlərində dərhal böyük təbəssüm yarandığını deyib.

Milad ağacının işıqları Nyu-York küçələrinə göz oxşayan ab-hava gətirib. Rokfeller Mərkəzinin ətrafındakı mağazaların da vitrinləri çilçıraqlarla bəzədilib və rəngarəng işıqlar şəhərə xüsusi gözəllik verir. Milad ağacı yanvar ayının 7-nə qədər hər gün saat 17:00-dan səhərədək, 31 dekabr - Yeni il günü isə 24 saat boyunca işıqlandırılacaq.

Qeyd edək ki, Rokfeller Mərkəzində Milad ağacının işıqlandırılması ənənəsi Nyu-Yorkda 1931-ci ildə başlanıb. O zaman Rokfeller Mərkəzini inşa edən fəhlələr maaşlarının bir hissəsini toplayaraq aldıqları yolkanı əl işləri olan çələnglər və parlaq iplərlə bəzəyiblər. Həmin tarixdən bu yana mərkəzin qarşısında yeddimərtəbəli bir ev ilə eyni hündürlükdə olan bir Milad ağacını bəzəmək xoş bir ənənəyə çevrilib. Milad ağacını yaxından görmək üçün hər il milyonlarla insan yolunu Nyu-Yorkdan salır. Onlar ağacın fonunda fotolar çəkdirir və göz oxşayan işıqları seyr edirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Ən çox oxunanalar