Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu Fələstin Adminstrasiyanın Qəzzanın idarə edilməsində iştirakına razılıq verib

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, İsrail qoşunları Qəzza zolağından çıxarılandan sonra anklavın idarə edilməsində Fələstin Adminstrasiyası da iştirak edəcək...

Poliqon xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti mənbələr istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, söhbət yüksək vəzifəli məmurlardan yox, daha aşağı səviyyədə administrasiyanın işinə cəlb olunan şəxslərdən gedir. Nəşrin mənbələrinə görə, “yerli fələstinlilər” İsrailin yeganə sabit variantıdır.

“”Yerli fələstinlilər” Fələstin Muxtariyyəti ilə əlaqəli şəxslər üçün kod təyinidir”, deyə nəşrin İsrail təhlükəsizlik xidmətindəki mənbəsi izah edib. “The Times of Israel” əlavə edib ki, “yerli fələstinlilər” ifadəsi müharibə bitdikdən sonra Qəzza zolağının necə idarə ediləcəyi ilə bağlı İsrailin şəxsi danışıqlarında görünür.

Digər mənbələr “yerli fələstinlilər”in HƏMAS-ın bölgədə hakimiyyəti ələ keçirməsinə qədər 2007-ci ilə qədər Fələstin Administrasiyası tərəfindən mülki işləri idarə etmək üçün pul alan qəzzalılara istinad etdiyini bildirib. Nəşrin mənbələrindən birinin sözlərinə görə, Benyamin Netanyahu Mahmud Abbasın rəhbərlik etdiyi muxtariyyat rəhbərliyi ilə administrasiyaya tabe olan qurumların işində iştirak edən aşağı səviyyəli işçilər arasında aydın fərq qoyur.

Benyamin Netanyahu müharibədən sonra sektora rəhbərlik etmək üçün aşağı səviyyəli administrasiya rəsmilərinin cəlb edilməsinin mümkünlüyünü rəsmən açıqlamayıb. Ötən həftə “Kanal 14”ə müsahibəsində İsrailin baş naziri Qəzzanı Fələstin Muxtariyyətinə verməyə hazır olmadığını söyləyib.

“The Times of Israel” iddia edir ki, baş nazirin ictimai mövqeyi İsrail tərəfinin özəl danışıqlarda təklif etdiyi ilə ziddiyyət təşkil edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Komitə: 4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Ən çox oxunanalar