Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nuru Əliyev “Hafka“nı xilas edəcəkmi?


Azərbaycanın tanınmış iş adamı, "Baghlan Group" holdinqinin prezidenti, "Hafka" ləqəbli Hafiz Məmmədov ətrafında söz-söhbət səngimir.


İş adamının üzləşdiyi maliyyə böhranının təhlili nəhəng şirkətin çökmək üzrə olduğunu göstərir. 

Bəziləri çöküş prosesinin uzun müddət Hafiz Məmmədovun yaxın şəriki və himayədarı olan Ziya Məmmədovun ondan ayrılması ilə başladığını, "Bank of Azerbaijan"ın isə əlindən çıxması ilə sürətləndiyini düşünür. Əslində isə Ziya Məmmədov sadəcə "batmaqda olan gəmi"ni vaxtında tərk edib və özünü gözlənilən problemlərdən sığortalamağa çalışıb. 

Çöküşün başlanğıcı

Xatırladaq ki, nüfuzlu “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Hafiz Məmmədov “Lans” futbol klubunu alandan sonra Hafiz Məmmədovun şirkətlər qrupunun defolt həddində olduğunu açıqlamışdı. 

Belə ki, “Fitch Ratings” Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş və Azərbaycanda neft daşımalarından tutmuş “London taksiləri”nin istismarına qədər bir çox biznes sahələrində fəaliyyət göstərən “Baghlan Group FZCO”-nun emitent defoltunun uzunmüddətli reytinqini B-dən RD-dək (məhdud defolt) aşağı salmışdı. 

“Fitch Ratings” həmçinin şirkətin ötən ilin dekabrında planlaşdırılan, lakin həyata keçirilməyən təmin edilmiş istiqrazlarının gözlənilən B-(EXP) emissiya reytinqini geri çağırmışdı. Məlumatda deyilirdi ki, “Baghlan”ın reytinqinin aşağı salınması borc öhdəlikləri üzrə ödənişlərin həyata keçirilməməsini əks etdirir. Agentlik qeyd edirdi ki, “Baghlan” 2013-cü il, dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. “Fitch Ratings” həmçinin H.Məmmədovun holdinqinin kredit reytinqini aşağı saldı, sonra isə ümumiyyətlə şirkətə verdiyi reytinqi geri çağıraraq, daha onun reytinqini müəyyənləşdirməyəcəyini bildirdi. Buna səbəb “Baghlan Group”un yerli banklara olan kredit borclarını və kreditlər üzrə faizlərini ödəyə bilməməsi göstərildi. “Baghlan Group”un reytinqinin geri çağrılması onun xarici banklardan kredit almasını da qeyri-mümkün etdi. Beləliklə, Hafiz Məmmədovun biznes imperiyasının çökməsi qaçılmaz oldu. Bu halda Hafiz Məmmədov əlində olan az-çox kapitaklı xaricə daşımağa səy göstərsə də, bunu da doğru-düzgün bacarmadı. Sahibi olduğu "Lans" klubunun hesabına ödəmələri gecikdirdiyi üçün, klub Fransanın yüksək liqasına buraxılmadı.

Durumu vaxtında dəyərləndirən Ziya Məmmədov dərhal təhlükəli ortaqla yollarını ayırdı.


Ziya "Elita"ya , Hafiz  "Aşağı liqa"ya

Bu ayrılığın digər tutarlı səbəbini isə Ziya Məmmədovun gələcəklə bağlı qurduğu planlarda axtarmaq lazımdır. Bəlli olduğu kimi, nəqliyyat nazirinin oğlu Anar Məmmədovun uzun illər mediada yaranmış neqativ və "ərköyün" obrazı, nazirin kurasiyasında olan Qubada baş verən məlum etirazlar hakimiyyətin yuxarı eşalonlarında ciddi təpki ilə qarşılanmışdı. Bir çoxları bu olaylardan sonra Ziya Məmmədovun öz kreslosunu itirəcəyini düşünsə də, nazir müəyyən qurbanlar hesabına revanş şansı qazana bildi. Onun nazir vəzifəsindən gedəcəyi gözləntiləri sürərkən, öncə  "Şöhrət" ordeni ilə təltif edildi. Ardından nazirə özünün və oğlunun reputasiyasını qorumaq, təmizləmək üçün media yaratmaq hüququ verildi. Daha sonra Ziya Məmmədov bütün maliyyə resurslarını, əlaqələrini oğlu Anar Məmmədovun yeni imijinin yaradılmasına yönəltdi. Artıq Anar Məmmədovun adı yerli və Türkiyə şou-biznesindəki qalmaqallarla yox, "Amerika-Azərbaycan" Cəmiyyətinin fantastik məbləğ hesabına gördüyü işlərlə gündəmə gətirildi. Nazir ata oğlunu şou-biznes dəhlizlərindən yerli və xarici elitaya daşımaq üçün bütün imkanlarını səfərbər etməyə başladı. Həm də aydın başa düşürdü ki, bu sahədə rəqibi Kəmaləddin Heydərova xeyli uduzub. Budur, Anar Məmmədov adı artıq elitanın sevimli əyləncəsi olan qolf oyunları ilə hallanır və yerli Qolf Federasiyasının Prezidentidir. Dünənə qədər Türkiyə magazin xəbərlərinin sevimli personajı olan Anar Məmmədov bu gün Amerikanın dünyaca məşhur “National Geographic” jurnalının Azərbaycanda çap hüququ əldə edib. Bundan əlavə, nazir balası National Geographic Cəmiyyətinin (Milli Coğrafiya Cəmiyyəti) nəzdində fəaliyyət göstərən The International Council of Advisors-un (Beynəlxalq Məsləhətçilər Şurası) üzvü seçilib. Bütün bunlar əlbəttə oğul Məmmədovun intellektual göstəriciləri hesabına yox, ata Məmmədovun imkanları hesabınadır. 

Bütün bunları vurğulamaqda məqsədimiz Ziya Məmmədovun Hafiz Məmmədovla yollarını niyə ayırdığına aydınlıq gətirməkdir. Göründüyü kimi, nəqliyyat naziri oğlunun, elə həm də özünün gələcəyi ilə bağlı yeni planlar qurarkən, ilk öncə problemli, ruhən elitaya yad çevrədən və ortaqlardan qurtulmağın ilkin şərt olduğunu anlayıb. Bəzi qurbanlar vermək lazım idi. Gözlə görünən qurbanlardan biri də Hafiz Məmmədov oldu. Ziya Məmmədov kimi hüdudsuz maddi imkanları olan bir arxanı itirən Hafiz Məmmədov hər nə qədər mediadan "Ziya Məmmədov mənim atamdır, qardaşımdır" kimi mesajlar versə də, artıq gec idi. 

Artıq Hafiz Məmmədovun təkcə xarici banklara deyil, bir çox yerli banklara da böyük məbləğdə borcları var. Yayılan son məlumatlara görə, elə bu üzdən də onun ölkəni tərk etməsinə qeyri-rəsmi qadağa qoyulub. 

Çıxış yolu varmı?

Bir vaxtlar Hafiz Məmmədov mediaya açıqlamasında fəxrlə Azərbaycanda biznesin fəlsəfəsi üzrə disertasiya müdafiə etdiyini bildirmişdi. Azərbaycanda biznesin hansı "fəlsəfi əsaslara" malik olduğu nə Allaha, nə də hörmətli oxucuya sirr deyil. Bu "fəlsəfə"nin Biləcəridən o tərəfdə keçərli olmadığını isə artıq iflas olan Hafiz Məmmədov da öz üzərində yaxşı hiss etmiş oldu. Ona görə də H.Məmmədov ümidini yenə yerli imkanlara və əlaqələrinə dikmək zorundadır. Bu məqamda isə diqqət istər-istəməz Hafiz Məmmədovun qudası, "gizli oliqarx" kimi dəyərləndirilən "Nurgun Group"un prezidenti Nuru Əliyevə yönəlir. 

Nuru Əliyevin adı ciddi-cəhdlə mediadan kənarda saxlanılsa da, "Google"da heç bir şəklinə rast gəlinməsə də, onun Azərbaycandakı biznes imperiyası yetərincə böyükdür. "Nurgun Group"un biznes imperiyasının əhatə etdiyi sahələrin tam olmayan siyahısını aşağıdakı qrafikdən izləyə bilərsiz. Qrafikdə əksini tapmayan bəzi detallara da varsaq, «Nurgün» Sirkətlər Qrupu həmçinin Granini, Perrier, Vittel, S.Pelleqrino, Les Grands Chais, Nivea, Nikos və s. kimi dünya markalarının Azərbaycanda eksklüziv distribütorudur. Holdinqin nəzarətində olan gündəlik qəzet və böyük mətbəə var. Qudası kimi Nuru Əliyev də futbol klubuna sahibdir. Söhbət "Rəvan" klubundan gedir.


Amma Nuru Əliyevin Hafiz Məmmədova yardım edib-etməyəcəyi sual altındadır. Çünki söhbət böyük məbləğlərdən gedir. Digər tərəfdən, qudalar hansısa ortaq biznesə malikdilərsə, o zaman "Nurgun Group"un da üzərindən qara yellər əsə bilər.  

İndilik isə hamı kimi Nuru Əliyev də  Ziya Məmmədovun tələm-tələsik tərk etdiyi "gəmi"nin necə sulara qərq olduğunu seyr etməklə məşğuldur. (qaynarinfo)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Ən çox oxunanalar