Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - Yenilənib

Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən Laçına yola salınan məcburi köçkünlərin rəsmi qarşılanma mərasimi olub...

“Report” xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanlara evlərin açarları təqdim edilib.

Qeyd edək ki, bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə 431 ailənin (1627 nəfər) köçürülməsi təmin edilib.

***

Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola salınan 23 ailə (72 nəfər) Laçın şəhərinə çatıb.

“Report” xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Bununla da Laçın şəhərinə köçən ailələrin sayı 431-ə (1627 nəfər) çatıb.

***

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb.

“Report” xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülür.

Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 431 ailə (1627 nəfər) köçürülüb.

Poliqon.info


Etiket: Laçın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar