Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nobel prospektinin bağlanmasına reaksiya - “Bu, mümkün deyil...”

Sahil kollektorunun Nobel prospektində yerləşən 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, eləcə də prospektdə avtomobil yolunda çökmənin qarşısını almaq üçün ərazidə əlavə işlərin görülməsinə qərar verilib

Bu barədə “Azərsu” ASC məlumat yayıb. Məlumatda qeyd edilir ki, Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi 23 dekabr 2018-ci il tarixində baş verib. Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb. Şaxtaya dolan qrunt sularının qarşını almaq məqsədilə “Azərsu” təxirəsalınmaz tədbirlər görüb, bu sahədə ixtisaslaşmış "Penetron-Azərbaycan" şirkəti şaxtanı daxildən xüsusi materiallarla izolyasiyası edərək buraya daxil olan qrunt sularının qarşısını tam alıb.

Bununla paralel olaraq çökmənin səbəbinin araşdırılması, kollektorun və texnoloji şaxtanın texniki vəziyyətinin kompleks qiymətləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Sukanal Elmi Tədqiqat Layihə İnstitutunun, eləcə də bu sahədə ixtisaslaşmış Evrascon Korporasiyasının və Geotek şirkətinin mütəxəssisləri cəlb edilib.

Hidrotexniki qurğuların texniki vəziyyətinin öyrənilməsilə yanaşı, ərazidə kompleks geofiziki və geoloji tədqiqat işləri də aparılıb. Mürrəkkəb geoloji şəraitə malik ərazidə su ilə doymuş və axıcılıq xüsusiyyətinə malik qruntların hidrotexniki qurğulara və yol infrastrukturuna real təhlükə yaratdığı məlum olub.

Bildirilib ki, Qrunt-bərkitmə işləri zamanı dərinliyi 20-25 m olan quyular qazılaraq yüksək təzyiqlə sement məhlulu torpağın alt qatına inyeksiya ediləcəkdir. İnyeksiya işləri 11 saylı şaxtanın hər iki istiqamətində aparılacaq.

İlkin qiymətləndirmələrə əsasən, qrunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək. Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır. Prospektdə hərəkət məhdudlaşdırılması zamanı paralel olaraq Sahil kollektorunun yaxınlıqda yerləşən texnoloji şaxtalarında da kompleks tədqiqat işləri aparılacaq.

Musavat.com-a danışan ekspert Əzim Məsimov bildirib ki, aparılan tədbirlər problemin qarşısını tam almayacaq:

“İlk olaraq tapmaq lazımdır ki, bu su haradan gəlir. Bunun istiqaməti ilə gedib, suyun mənbəyini aşkarlamalıdırlar. Konkret olaraq bilməlidirlər ki, bu su haradan əmələ gəlir. 24 metr dərinlikdə deyirlər ki, su keçir. Bu dərinlikdə kollektor olmur axı. Bu, mümkün deyil. Görünür ki, onlar özləri problemi müəyyənləşdirə bilmirlər. Neçə ildir ki, oradan su keçir. İndiyə qədər öyrənə bilmirlər ki, bu su haradan gəlib, hara gedir. Çox qəribə bir haldır. Qərar verə bilən yoxdur. Deyirlər ki, sementi inyeksiya edəcəklər. Badamdarda da bərkitmə işləri aparırdılar. Ancaq hələ də nəticə yoxdur. Tutalım ki, Nobel prospektində suyun qarşısını aldılar. Bəs bu su haradansa çıxmalıdır axı. Deməli, suyun qarşısını almaqdansa, mənbəyi tapıb orada işlər aparmaq lazımdır. Bəlkə elə bu su bir kilometr aralıdan başlayır. O zaman həmin işləri 1 kilometr aralıdan başlamaq lazımdır. Dedikləri tədbir səbəbi aradan qaldırmayacaq. Dərhal qərar verilməlidir ki, kollektor tikilib, sular yığılsın. İş qurtarana qədər də su verilişi gündə 1 saat olmalıdır. Hadisə birinci dəfə deyil. İki-üç ildir ki, ildə bir neçə dəfə bu cür hadisələr baş verir. Hər dəfə də açıqlama verirlər ki. 20-25 metr dərinlikdə su axını var. Mən isə deyirəm ki, bu dərinlikdə kollektor ola bilməz. Deyirlər ki, axın var, ancaq mənbəni açıqlamırlar. Suyun tərkibini müəyyən etməlidirlər ki, su kanalizasiya suyudur, yoxsa içməlidir. Həmin ərazilərin hamısı zavod sahəsi olub. Ola bilər ki, su hansısa boru ilə Keşlə tərəfdən gəlir. Zavodları ləğv edib, borunu da kəsə bilərlər. Su da həmin vaxtı olmadığı üçün zərər verməz. Mümkündür ki, həmin borulardan birinin ağzı açıq qalıb və indi su axıntısı var. Ona görə də məsələ ciddi şəkildə araşdırılmalıdır. Yoxsa bu problemin altından çıxmaq mümkün deyil. Kanalizasiya suyudursa, kollektora ünvanlanmalıdır. İçməli sudursa, həmin su tamamilə bağlanmalıdır. Mümkündür ki, bu elə köhnə borudan gələn içməli sudur”.

pia.az


Etiket: Nobel prospekti

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar