Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nizaminin deputatı yanğından danışdı – 4 gün sonra

“Diqlas” Ticarət Mərkəzinin yerləşdiyi Nizami rayonundan millət vəkili Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva hadisə ilə bağlı açıqlama verib

PİA.az xəbər verir ki, Trend-ə açıqlamasında S. Vəliyeva deyib ki, prezident İlham Əliyev daim vətəndaşlarla ünsiyyətdədir, mütəmadi olaraq cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir:

"Bütün çətin məqamlarda, o cümlədən Zaqatala, ŞamaxıAğsuda zəlzələlər olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış gördü, əlini kürəyində hiss etdi. Biz eyni münasibəti Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar proseslərdə də gördük. Prezident tez bir zamanda məsələni nəzarətə götürdü, müşavirə keçirdi, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiya yaratdı. Bütün bunlar bir daha göstərdi ki, dövlət hər zaman vətəndaşın yanındadır. Azərbaycan dövləti bu dəfə də vətəndaşlarını darda qoymadı və problemlərinin ağırlıqlarını öz çiyinlərinə götürdü".

Millət vəkili vurğulayıb ki, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin verilməsi həm də həyata keçirilən sosial siyasətin tərkib hissəsidir: “Bütün deyilənlərlə yanaşı, “Diqlas” yanğını ilə əlaqədar baş vermiş hadisələrdə xalq-Prezident birliyi bu dəfə də Azərbaycan dövlətinin və xalqının düşmənlərinin planlarını pozdu. Zərər çəkmiş sahibkarların və onların ailələrinin, yaxınlarının düşdüyü çətin vəziyyətdən sui-istifadə edib mitinq keçirmək istəyən antimilli ünsürlər yenidən ifşa olundu, bir daha xalqdan ayrı olduqlarını, yalnız korporativ mənafelərini düşündüklərini və insanların taleyinin onları maraqlandırmağını ortaya qoydular".

Qeyd edək ki, yanğında zərərçəkən sahibkarlar ərazidən olan deputatın onların problemi ilə maraqlanmadırlarını bildirmişdilər. Elə bu açıqlamasında da görünür ki, S. Vəliyeva deputat kimi özü heç nə etməyib, yalnız Prezidentin atdığı addımlar haqda danışıb. Onu da bildirək ki, S. Vəliyeva SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Almaniyanın ən böyük sənaye konsernində baş vermiş yanğını söndürə bilmirlər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay