Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikahların sayında azalma, boşanmaların sayında artma müşahidə olunur

2022‑ci illə müqayisədə 2023‑cü ildə nikahların sayında 7739 azalma, boşanmaların sayında 5705 artma müşahidə olunur...

Poliqon-un xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2023‑cü il ərzində mediasiya təşkilatlarına ümumilikdə 43639 müraciət daxil olub. Daxil olan müraciətlərdən 35863 müraciət ailə mübahisələri üzrə qeydiyyata alınıb. Ailə mübahisələri üzrə daxil olan 35863 işdən əsassız iddiaların və ilkin mediasiya sessiyalarında iştirak etdikdən sonra məhkəməyə müraciət etmək fikrindən imtina edən müraciətlər üzrə xitam verilən müraciətlərin sayı 6297 təşkil edib. Mediasiya Şurasının 2023‑cü il üzrə barışıq sazişi ilə nəticələnən işlərin ümumi faiz nisbəti 51.4% olub. Barışıq sazişlərinin mübahisənin növü üzrə təsnifatında isə ailə mübahisələri üzrə 2472 barışıq sazişi imzalanıb.

Mediasiya təşkilatlarına daxil olmuş ailə mübahisələri üzrə mediasiya müraciətlərinin 34%‐i nikahın pozulması, 24%‐i alimentin müəyyən edilməsi, 14%‐i zinyət və cehiz əşyalarının qaytarılması, 13%‐i uşağın ölkə xaricinə çıxarılması, 11%‐i uşaqla ünsiyyət tələbi, 4%‐i isə digər məsələlər üzrə olub.

2023‐cü ildə Mediasiya Şurasının Çağrı Mərkəzinə 1291 vətəndaş müraciəti daxil olub ki, onların 1161‐i ailə mübahisələri ilə bağlı olub.

Poliqon.info


Etiket: Nikah boşanma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay