Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niderlandda sosial məsafə qadağası ləğv edilir

Niderlandda sentyabrın 25-dən etibarən koronavirus pandemiyası ilə mübarizədə tətbiq olunan bir sıra tədbirlər yumşaldılır və sosial məsafə qadağası ləğv edilir.

Bu barədə ölkənin baş naziri vəzifəsini icra edən Mark Rutte keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sentyabrın 25-də insanlar arasında 1,5 m məsafə saxlamaq qaydası ləğv ediləcək. Bununla yanaşı, kafelərdə, barlarda, restoranlarda, teatrlarda və kinoteatrlarda peyvənd sertifikatını təqdim etmək məcburi hala çevriləcək. İstisna muzeylər və kitabxanalardır. Kafe, bar və restoranların icazə verilən iş saatları dəyişməyəcək​ (00:00-06:00 bağlı qalmalıdır). Klublar və diskotekalar yenidən açılacaq, ancaq gecə yarısında bağlanacaq.

Yumşalma bəzi festivalların keçirilməsinə təsir edəcək. Maksimum tutumun 75 faizdən çoxu doldurulmamaq şərti ilə və yalnız peyvənd sənədi olan insanlar üçün qapalı kütləvi tədbirlərə icazə veriləcək. Bundan əlavə çoxgünlük festivallara icazə veriləcək. Futbol matçları yenidən tam dolu tribunalarla oynanıla bilər.

İctimai nəqliyyatda maska ​​rejimi qüvvədə qalacaq.

Son məlumatlara görə, Niderlandda 12 yaşdan yuxarı insanlar arasında vaksinasiya nisbəti 79 faizdir.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Ən çox oxunanalar