Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AXCP-dən qovulma təhlükəsi ilə üzləşən fəallar danışdılar


Partiya fəalları Fuad Qəhrəmanlını tənqid atəşinə tutdular


Ağaşirin Tanrıverdioğlu: “Bu oyunların başında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı durur”

Dəyanət Babayev: “Partiyanın əleyhinə heç bir iş görməmişəm”
 
AXCP-nin iki fəal üzvünün partiyadan çıxarılacağı barədə məlumat vermişdik. Etibarlı mənbədən daxil olan məlumatda göstərilirdi ki, qurumun mayın 8-də keçiriləcək Nərimanov şöbəsinin Məclisində Ağaşirin Tanrıverdioğlu və gənc fəal Dəyanət Babayev partiyadan xaric olunacaqlar.

Yazıda adı keçən şəxslərin mövqeyini öyrəndik.

Hazırda AXCP-nin Nərimanov şöbəsinin təşkilat məsələləri üzrə şöbə müdiri olan Ağaşirin Tanrıverdioğlu yayılan xəbərləri təsdiqlədi: “1 aya yaxındır, AXCP-nin Suraxanı şöbəsindən qovulan üç gəncin bərpa olunması üçün gəncləri başıma yığıb mübarizə aparmışam. Bilirdim ki, bu qərar nə vaxtsa, məni də gözləyir. Mətbuatdan öncə dostlarım mənə məlumat verdilər ki, şöbə sədri öhdəlik götürüb. Mən və Dəyanət Babayevin partiyadan çıxarılması barədə. Bu oyunların başında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı durur. İcazəsiz aksiyalarda iştirakıma və fəaliyyətimə görə, dəfələrlə sədr tərəfindən mükafat almışam. Bilirsiz, söz-söhbətlər gedir ki, AXCP-nin gələcəkdə rəhbərliyində Fuad bəy özünü görür. Əli Kərimlidən sonra.  Gələcəkdə ona qarşı tənqidi fikir deyə biləcək şəxslər indidən partiyadan xaric olunur. Bu fikirlər təkcə bizim haqqımızda deyil. Artıq haqq sözünü deyən üzvlərlə bağlı Fuad bəy tərəfindən şöbələrə məlumat verilib. Gələcəkdə hətta Əli Kərimliyə güc göstərib, partiyanı götürmək üçün. Mayın 8-də Məclis çağırılıb. Mətbuat vasitəsilə Fuad Qəhrəmanlıya deyirəm ki, sabah Məclisdir. Demokratik şəkildə Məclis olmalıdır. Müraciət edib deyirəm ki, Fuad bəy, sənin qarşında öhdəlik götürənlərin Məclisə gəlib, səsinə bax. Əgər doğru Məclis olsa, Fuad bəyin xəyalları puç olacaq. Çünki vicdanlı insanlar həyatımı qurban verdiyim, polis dəyənəkləri yediyim, demokratik hərəkat üçün nələrdən keçdiyimi yaxşı bilirlər. Hamısı ilə bir-bir görüşürəm. Onlar Fuad Qəhrəmanlının tapşırığını həyata keçirən Məmməd İbrahimin sözlərinə qulaq asmayacaqlar. Bundan əminəm. Mətbuat mövzunu diqqətdə saxlaya bilər”.

A.Tanrıverdioğlu demokratik şəkildə uduzacağı təqdirdə, əks tərəfi təbrik edəcəyini söylədi: “Düzgün seçki ilə uduzsam, onların əlini sıxacam. Bu partiya heç kəsin özəl sexi, atasının varisi deyil. Xalqın partiyasıdır. Suraxanı variantı olsa, Fuad Qəhrəmanlı başda oturar, ətrafında da 5-6 saxta alqış çalanlar olar. Belə olsa, Məclisin əksəriyyəti mətbuata məlumat verəcək”.

Qovulma ilə üzləşən digər partiya fəalı, Nərimanov şöbəsi sədrinin gənclər üzrə müavini Dəyanət Babayev də bu barədə  məlumatının olduğunu bildirdi: “Partiyadan çıxarılacağımın səbəbini Razi Nurullayevlə bağlayırlar. Guya ki, ondan pul alıb, partiya əleyhinə işlər həyata keçirirəm. Məni 2009-cu ildə Razi bəylə Fuad Qəhrəmanlı tanış edib. 2010-cu ildə həbslərdən sonra Razi Nurullayevin seçki qərargahında olmuşam. Mənə çox köməklik edib. Amma ondan pul alıb, partiyanın əleyhinə heç bir iş görməmişəm. Məclisin üzvləri və sədri vicdanlı insandır. Çıxarılacağımıza inanmıram. Amma ola bilsin ki, Fuad Qəhrəmanlının göstərişi ilə məni partiyadan çıxartdılar. Məclisin səsi ilə çıxarılacağıma inanmıram”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar