Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraili İordan çayının qərb sahilindəki fələstinliləri müdafiə etməlidir...

ABŞ və BMT-nin baş katibi İsraili İordan çayının qərb sahilindəki mülki insanları qorumağa çağırıb...

Amerika prezidenti Co Baydenin administrasiyası İsraili İordan çayının qərb sahilində mülki insanları qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırıb.

Poliqon xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İsrailin “The Times of Israel” qəzetinə verdiyi açıqlamada bildirilir.

Dövlət Departamentindən bildiriblər ki, onlar İsrailin təhlükəsizlik ehtiyaclarını, o cümlədən İordan çayının qərb sahilində terror fəaliyyətinə qarşı mübarizə ehtiyacını qəbul edirlər.

“Biz həmçinin İordan çayının qərb sahilində sabitliyin qorunması ilə bağlı dərin narahatlığımızı davam etdiririk və İsraili İordan çayının qərb sahilindəki mülki insanların həyatını qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırırıq”, deyə sənəddə vurğulanır.

BMT-nin baş katibi Antonio Quterreş də İsrailin hərəkətlərini pisləyib və İordan çayının qərb sahilində baş verən ölümlərlə bağlı dərin narahatlığını ifadə edib. Bu barədə baş katibin sözçüsü Stefan Dujarrik bildirib. Quterreş həmçinin İsraili beynəlxalq humanitar hüquqa hörmət etməyə və İordan çayının qərb sahilində mülki insanları qorumaq üçün tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, bir gün əvvəl İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilindəki Cenin və Tulkərm şəhərlərində terrorla mübarizə əməliyyatına başladığını elan edib. “The Times of Israel” nəşrinin məlumatına görə, İsrailin keçirdiyi əməliyyat nəticəsində azı 11 nəfər ölüb, 26 nəfər yaralanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

Durovun həbsi Fransaya baha başa gəldi: 17 milyard dollarlıq müqavilə donduruldu

Ziya Məmmədov vətəndaşın torpağını əlindən alıb – Şikayət

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

“Veysəloğlu” ölkədən böyük pul çıxarıb – Hüquqşünas rəyi

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay