Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil İnstitutunda yüksək vəzifəyə iki təyinat

Azərbaycan Təhsil İnstitutunda (ARTİ) yeni təyinatlar olub...

ARTİ-dən verilən xəbərə görə, Ümumi şöbənin müdiri Kənan Kərimli direktor müavini, Layihələrin təşkili və idarə edilməsi şöbəsinin müdiri İbrahim Baxışlı isə Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinə direktor təyin olunub.

Qeyd edilib ki, Kənan Kərimli 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib.

2006-2008-cu illərdə "Nobel OiL" LTD şirkətinin Azərbaycan filialında inzibati işlər üzrə köməkçi, 2008-2009-cu illərdə "3A" MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentində, 2009-2012-ci illərdə isə "Azərinşaatsevris" MMC-də ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində fəaliyyət göstərib.

Kənan Kərimli 2012-2017-ci illərdə "Azərinşaatsevris" MMC, "Azercon" ASC, "ADY Ekspress" MMC və "Astaraçay" MMC kimi şirkətlərdə şöbə müdiri vəzifəsində çalışıb, 2017-ci ildən yeni vəzifəyə təyin edilənədək Azərbaycan Təhsil İnstitutunda İnformasiya şöbəsinin, daha sonra isə Ümumi şöbənin müdiri vəzifələrini icra edib.

2021-ci ildə Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

ARTİ-dən bildirilib ki, İbrahim Baxışlı isə 2010-2015-ci illərdə Bakı Mühəndislik Universitetinin maliyyə ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2017-2019-cu illərdə ABŞ-ın Lindenwood Universitetində MBA proqramında təhsil alıb.

2016-2017-ci illərdə "Capital Motors" MMC-də maliyyə mütəxəssisi, 2019-cu ildə "Nəzarət Ölçü Cihazları və Avtomatika" MMC-də analitik, 2020-2021-ci illərdə "Azgranata" MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri, 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyində böyük elmi işçi vəzifələrində çalışıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub - Yenilənib

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Ən çox oxunanalar