Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sonun başlanğıcı - Telegram-ın alternativi hansı messencerlər ola bilər?..

Telegram-ın baş direktoru Pavel Durovun saxlanılması bu messencerin "sonunun başlanğıcı" ola bilər...

Poliqon xəbər verir ki, bunu kibertəhlükəsizlik üzrə ukraynalı ekspert Kostiantin Kors KYIV24 telekanalına açıqlamasında bildirib.

"Düşünürəm ki, bu, sonun başlanğıcıdır. Məsələ bu sonluğun nə qədər tez çatacağıdır. Təbii ki, növbəti addım ABŞ və Telegram sahibinə çox oxşar iddiaları olan digər ölkələrdən ekstradisiya tələbləri ola bilər", deyə o, bildirib.

Ekspert xatırladıb ki, bir sıra ölkələrdə dövlət qurumlarının əməkdaşlarına bu messencerdən istifadə qadağan edilib. O, həmçinin Ukraynada Telegram-ın rədd edilməsinin tərəfdarıdır.

"Telegram messencerlər siyahısında sonuncu yerdədir. Daha təhlükəsiz messencerlər çoxdur. Bu, Ukraynada geniş istifadə olunan Siqnal-dır. Telegram-dan daha təhlükəsiz sosial şəbəkələrdən danışsaq, bunlar Viber və WhatsApp-dır", deyə ekspert bildirib.

Qeyd edək ki, Fransa avqustun 24-də Telegram-ın baş direktoru və təsisçisi Pavel Durovu saxlayıb. Məlumata görə, o, messencerin moderasiyasını düzgün aparmamaqda və Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.

Telegram komandası bəyanat yayıb ki, onlar Avropa İttifaqının qanunlarına əməl edirlər və Durovun özünün gizlədə biləcəyi heç nə yoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar