Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

"Qərb QHT-ləri 2018-ci ildə Rusiyanı "Telegram"ın işinə maneə yaratmamağa çağırıb"...

Poliqon publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında Pavel Durovun Fransada həbsini şərh edərkən yazıb.

O xatırladıb ki, 2018-ci il iyulun 1-də Rusiya Federasiyasında telekommunikasiya xidmətləri operatorlarını altı ay ərzində öz müştərilərinin telefon mesajlarının və internet trafikinin qeydlərini, habelə istifadəçi yazışmalarının şifrəsini açmaq üçün açarları saxlamağa məcbur edən Yarovaya Qanunu qüvvəyə minib. Məlumatlar sorğu ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə göndərilib.

"Mən indicə xatırladım ki, 2018-ci ildə "Human Rights Watch", "Amnesty İnternational", "Freedom House", "Sərhədsiz Reportyorlar", "Jurnalistləri Müdafiə Komitəsi" və başqaları da daxil olmaqla 26 QHT-dən ibarət qrup Rusiya məhkəməsinin "Telegram"ı bloklamaq qərarını necə pislədi", - deyə Zaxarova yazıb.

O, vurğulayıb ki, daha sonra QHT-lər BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, ABŞ və digər dövlətlərin hökumətlərinə Rusiya Federasiyasının hərəkətlərinə müqavimət göstərmək və vətəndaşların azadlıq, ifadə və məxfilik hüquqlarını qorumaq tələbi ilə müraciət ediblər.

Xatırladaq ki, avqustun 24-də Fransada Telegram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov həbs edilib. Biznesmen axşam saat 20:00 radələrində şəxsi təyyarəsini "Le Burje" hava limanında uçuş-enmə zolağına çıxararkən saxlanılıb . "Telegram"ın qurucusunu mühafizəçisi və bir qadın müşayiət edib. Durovun Fransaya Azərbaycandan gəldiyi vurğulanır .

Fransa hakimiyyətinin "Telegram" və "Durova" qarşı əsas şikayəti messencerdə şifrələnmiş mesajlardır. Durov terror, narkotik ticarəti, fırıldaqçılıq və çirkli pulların yuyulması kimi ittihamlarla üzləşə bilər. Fransa mediası Durovu 20 ilə qədər həbs cəzası gözlədiyini yazıb.

Rusiya Xarici İşlər Nazirliyi Durovun saxlanılması ilə bağlı məlumatla əlaqədar Rusiya səfirliyinin vəziyyəti aydınlaşdırmaq üçün bütün lazımi addımları atdığını bəyan edib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar