Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir

Poliqon medicina.az-a istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru, dietoloq Mixail Qinzburq "Sputnik"ə müsahibəsində deyib.

"Aralıq dənizi və Fransa mətbəxində yüksək qiymətləndirilən zeytun yağı bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Omeqa-9 doymamış yağ turşuları ilə zəngin olan bu yağı normada istehlak etsək, iltihablanma riskini və damar xəstəliklərinin yaranma riskini azaltmış olarıq", - deyə dietoloq bildirib.

Onun sözlərinə görə, bu meyvənin əsas faydası həm də tərkibində antioksidantların və müxtəlif mikro və makroelementlərin yüksək olmasındadır.

"Lakin zeytun adətən duzlanır və ya turşu halında istehlak edilir. Bu da zeytunu çox yüksək duz ehtiva edən məhsula çevirir. Belə qidanın həddindən artıq istehlakı damar divarlarına mənfi təsir göstərir və hipertoniyanın inkişafına səbəb olur.

Tədqiqatlar artıq duzun hardasa əlavə şəkər qədər təhlükəli olduğunu və erkən ölümə səbəb olduğunu göstərir", - deyə ekspert qeyd edib.

Qinzburq əlavə edib ki, optimal miqdar gündə 2-3 ədəddir:

"Eyni zamanda, əgər piylənmə əlamətləri varsa və ya hipertoniyadan əziyyət çəkirsizsə, zeytunu ümumiyyətlə qida rasionuna daxil etməməyiniz daha yaxşı olar".

Qeyd edək ki, bundan əvvəl sağlam qidalanma üzrə mütəxəssis Tatyana Meşçeryakova bildirmişdi ki, həddindən artıq duz istehlakı hipertoniyaya gətirib çıxarır. O, bunun həmçinin ödemə, çəki artımına səbəb olduğunu, böyrək funksiyasını, maddələr mübadiləsini pozduğunu diqqətə çatdırmışdı.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Ən çox oxunanalar