Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Azərbaycan arasında hansı problemlər mövcuddur?

Polad Bülbüloğlu deyib ki, Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında çox gərgin dialoq gözlənilir...

Politoloq: “Polad Bülbüloğlunun müsahibəsinə diqqətlə yanaşsaq, görəcəyik ki, burada söhbət ikitərəfli gərgin münasibətlərdən getmir”.

“Putin çox nadir hallarda başqa ölkələrə səfərlər edir. Putinin səfər etdiyi ölkələr Rusiya üçün həyatı əhəmiyyət kəsb edən ölkələr olur”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Rusiya prezidentinin Bakı səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın TASS Agentliyi müsahibəsində bildirib ki, Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında çox gərgin dialoq gözlənilir.

Xaricdən baxdıqda iki ölkə arasındakı münasibətlər parlaq görünsə də, RusiyaAzərbaycan arasında əsasən hansı problemlər mövcuddur və Moskvanın regiona baxışı ilə Bakının baxışı arasında hansı fərqlər mövcuddur?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyevin fikirlərini öyrənib.

Zeynal Əmrəliyev: “Vladimir Putinin Azərbaycana səfəri mühüm xarakter daşıyır”.

Hal-hazırda Azərbaycanın hər kəsin ehtiyacı olan ölkə olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiya prezidentinin səfəri də məhz bu konteksdədir:

“Polad Bülbüloğlunun müsahibəsinə diqqətlə yanaşsaq, görəcəyik ki, burada söhbət ikitərəfli gərgin münasibətlərdən getmir. AzərbaycanRusiya münasibətləri hal-hazırda ən yüksək mərhələdədir. Sadəcə olaraq, AzərbaycanRusiya liderlərinin müzakirə edəcəkləri çox ağır məsələlər var. Bu məsələlər həm qlobal miqyasda, həm də iki ölkənin maraqlarını ifadə edən məsələlərdir. Bu məsələlər barəsində də ciddi söhbət gedəcək. Vladimir Putinin Azərbaycana səfəri mühüm xarakter daşıyır.

Xüsusilə, nəzərə almaq lazımdır ki, Rusiya hal-hazırda müharibə şəraitində olan ölkədir. Rusiya prezidenti Vladimir Putinin səfərlərini az-az görürük. Putin çox nadir hallarda başqa ölkələrə səfərlər edir. Putinin səfər etdiyi ölkələr Rusiya üçün həyatı əhəmiyyət kəsb edən ölkələr olur. Rusiya prezidentinin Kurskda vəziyyətin ağır olduğu zamanda Azərbaycana səfər etməsi təbii ki, bütün dünyada diqqətlə izlənilir. Burada veriləcək açıqlamalar, müzakirə olunacaq məsələlər çox önəm daşıyır.

Zeynal Əmrəliyev: “Cənab Polad Bülbüloğlunun da dediyi kimi danışıqlar gərgin keçəcək. Ancaq bu AzərbaycanRusiya arasındakı münasibətlərin gərgin olması anlamına gəlmir”.

Hal-hazırda Azərbaycanın rolu qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir. Putinin səfərində də biz bunun şahidi olacağıq. Rusiya və Ukrayna arasında danışıqların aparılması üçün Azərbaycan ən gözəl strateji məntəqədir. Eyni zamanda, Azərbaycanın enerji ehtiyatları çox əhəmiyyət kəsb edir. Həmçinin ölkəmizin hal-hazırda tutulduğu birtərəf mövqe, dövlət başçısı İlham Əliyevin yeritdiyi xarici siyasət nəticəsində Azərbaycan çox güclü geosiyasi əhəmiyyət kəsb edən ölkəyə çevrilib. Bu da ölkəmizin şərq və qərb arasında körpü rolunu oynamasına zəmin yarada bilər.

Düşünürəm ki, Azərbaycan hal-hazırda hər kəsin ehtiyacı olan ölkədir. Rusiya prezidentinin səfəri də məhz bu konteksdədir. Cənab Polad Bülbüloğlunun da dediyi kimi danışıqlar gərgin keçəcək. Ancaq bu AzərbaycanRusiya arasındakı münasibətlərin gərgin olması anlamına gəlmir. Sadəcə olaraq, müzakirə olunacaq məsələlər ağır məsələlərdir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar