Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Doğuş və qeysəriyyə əməliyyatı hansı özəl xəstəxanalarda pulsuzdur? – Rəsmi açıqlama

Vətəndaşların əksəriyyəti özəl xəstəxanalara daha çox üz tuturlar. Çünki özəl xəstəxanalarda olan əməliyyatlara, müayinələrə etibar edirlər. Doğuş və qeysəriyyə əməliyyatları üçün də elə məhz özəl xəstəxanalara müraciət edənlər çoxluq təşkil edir. Məlum olduğu kimi, özəl xəstəxanalarda qiymətlər dövlət xəstəxanaları ilə müqayisədə daha bahadır. Bu baxımdan insanların çoxu özəl xəstəxanalarda da icbari tibbi sığortadan istifadə etməyə üstünlük verməyə başlayıb.

Amma vətəndaşların çoxu hansı özəl xəstəxanalarda icbari tibbi sığorta xidmətinin olduğundan məlumatsızdırlar. 

Maraqlıdır, hansı özəl xəstəxanalarda doğuş və qeysəriyyə əməliyyatını icbari tibbi sığorta ilə həyata keçirmək mümkündür? 

İcbari Tibbi Sığorta Agentliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib  ki, pasiyentlər göndəriş vərəqəsi ilə agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə müraciət edə bilərlər. 

“Klassik qeysəriyyə kəsiyi əməliyyatının dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmadıqda bu zaman pasiyentə göndəriş vərəqəsi verilir və o, göndəriş vərəqəsi ilə agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birini seçməklə tibbi xidməti ala bilər. Pasiyent özəl tibb müəssisəsinə təcili tibbi yardımın göstərilməsi ilə bağlı göndəriş olmadan müraciət etdikdə özəl tibb müəssisəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron ünvanına bu barədə elektron sorğu göndərir. 

Agentlik xidmətin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olduğunu, dövlət tibb müəssisəsində göstərilməsinin mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin göstərilməsi barədə (icbari tibbi sığorta çərçivəsində qarşılayır və ya sığorta ödənişindən imtina edir) qərar verir. Təcili və təxirəsalınmaz hallar istisna olmaqla, pasiyent göndəriş vərəqəsi olmadan özəl tibb müəssisəsinə birbaşa müraciət etdikdə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır”.

Bəs, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri hansılardır?

Qeyd edək ki, İcbari Tibbi Sığorta Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı bu il 140-dan 165-ə çatdırılıb. Müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Abşeron, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Goranboy, Şəmkir, Tovuz, Mingəçevir, Bərdə, Kürdəmir, Sabirabad, İmişli, Şirvan, Salyan, Biləsuvar, MasallıLənkəran da var.

İcbari Tibbi Sığorta Agentliyinin paketinə aid olan tibb müəssisələrinin siyahısını sizə təqdim edirik.

Siyahı ilə linkə keçid edərək tanış ola bilərsiniz: 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

Formula 1-dən sonra yollarda bütün məhdudiyyətlər aradan qaldırılıb

Ən çox oxunanalar