Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən ay ölkə ərazisində normanın 4-6 misli qədər yağıntı düşüb

2024-cü ilin iyul ayında havanın temperaturu 25 gün normadan yüksək olub...

Ötən ay ərzində orta aylıq temperatur 28.3 dərəcə olub ki, bu da iqlim normasından 2.1 dərəcə yüksəkdir.

Poliqon xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

O qeyd edib ki, iyul ayı ərzində maksimal temperatur Bakıda və Abşeron yarımadasında 6 iyulda 38 dərəcə, ölkə üzrə isə 20 iyulda Hacıqabulda 43.4 dərəcə isti qeydə alınıb.

Bəzi günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. İyul ayı ərzində Abşeron yarımadasında 6 gün yağıntılı keçib. Ay ərzində 12-16 mm olmaqla, normanın 4-6 misli qədər yağıntı düşüb.

Bölgələrdə 10-16 gün yağıntılı olub, əksər bölgələrdə yağıntılar leysan xarakterli intensiv olub, düşən yağıntının miqdarı normadan çox olub. İyul ayında qərb rayonlarına 9 dəfə dolu yağması qeydə alınıb.

Xidmət rəisi qeyd edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib. Ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib. Ümumilikdə bölgələrdə 23 gün, Abşeron yarımadasında isə 4 gün küləyin sürəti 15 m/s-dən çox olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay