Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda ÜST-nin xəbərdarlıq etdiyi qorxulu xəstəlikdən ilk ölüm qeydə alındı

"İranda 21 mart 2024-cü  ildən etibarən ən azı bir nəfər denqe virusunun fəsadlarından ölüb"...

Oxu.Az-ın IRNA-ya istinadla verdiyi məlumata görə, bu barədə İslam Respublikası Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərə qarşı Mübarizə Mərkəzinin hesabatında deyilir.

Bildirilir ki, martdan etibarən ölkədə denqe qızdırmasına yoluxma hallarının sayı 152-yə çatıb. Bir nəfər istisna olmaqla, xəstələrin hamısı İran vətəndaşlarıdır. Onlardan 130 nəfər infeksiyaya yoluxma testinin müsbət çıxmasından qısa müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinə, yeddi nəfər Pakistana səyahət edib, 12 nəfər isə İslam Respublikasının hüdudlarını tərk etməyib.

Nazirliyin məlumatına görə, xəstəliyi daşıyan "Aedes aegypti" və "Aedes albopictus" ağcaqanadları İranın cənub əyalətləri olan Buşehr, Sistan və Bəlucistan, Fars və Hörmüzgan, eləcə də şimal əyalətləri olan Ərdəbil, Gilan və Mazandaran əyalətlərində yayılıb.

Qeyd edək ki, iyulun 22-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İranda denqe qızdırmasının yayılması riskini yüksək qiymətləndirib.

Poliqon.info

 

 


Etiket: İran Virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Ən çox oxunanalar