Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakida təhlükəli və qurumuş ağacların götürülməsi davam etdirilir

Bu ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş və qəzalı ağaclar insan həyatı ilə yanaşı şəhər infrastrukturu, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradır...

Poliqon BŞİH-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxt rayonlarında olan yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlər davam etdirilir. Monitorinq nəticəsində aşkar edilən quru və qəzalı ağacların götürülməsinə rəy alınması üçün yerli icra hakimiyyəti və bələdiyyələr tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib.

Nazirliyin mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilib və quru, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi barədə müvafiq rəylər verilib. Daha sonra, qəbul olunan qərarlar əsasında yaşıllıqların götürülməsi həyata keçirilir. Belə ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları paytaxtın Nəsimi, Nərimanov, Yasamal, Xətai, Nizami və Binəqədi rayonlarında ağacların götürülməsi və budanma işləri aparır. Bu günə qədər 250-ə yaxın quru ağacın götürülməsi həyata keçirilib, kəsilən ağaclar və budanan budaqlar ərazidən yığışdırılaraq təmizlənir.

Eyni zamanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gündəlik olaraq mövcud ağaclara aqrotexniki qulluq göstərilməsi: ağac və kolların budanması, həmçinin qazon örtüyünün suvarılması və digər işləri həyata keçirirlər.

Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində yerli iqlimə uyğun yeni ağaclar əkiləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalını qazanıb

Ən çox oxunanalar