Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Şərqdən Qərbə, Qərbdən Şərqə yönələn hər bir ölkənin, o cümlədən Hindistanın da Azərbaycana ehtiyacı var...

Bir müddətdir ki, Hindistan İran, Ermənistan və Gürcüstan üzərindən Qara dənizə və Avropaya dəhliz açmağa cəhd edir...

Politoloq: “Hindistan İran üzərindən Ermənistana oradan Gürcüstana və Qara dəniz vasitəsilə Avropaya çıxış üçün yeni nəqliyyat kommunikasiya dəhlizi açmaq fikrindədir. Bu təkcə Hindistanın deyil, eyni zamanda Ermənistanın maraqlarına uyğundur”.

“İndiki vəziyyətdə Azərbaycanı oyundan kənar vəziyyətə qoymaq istəyən həmin ölkələrin özü oyundan kənar vəziyyətə qalacaq”.

Bu sözləri politoloq Natiq Miri Hindistanın İran, Ermənistan və Gürcüstan üzərindən Qara dənizə və Avropaya dəhliz açmağa cəhdini Poliqon-a şərh edərkən qeyd edib.

Son illər Hindistan İran, Ermənistan və Gürcüstan üzərindən Qara dənizə və Avropaya dəhliz açmağa cəhd edir, lakin Ermənistanda infrastrukturun olmaması və Azərbaycanla olan münaqişə Hindistanın bu layihəsini əngəlləyir. Paralel olaraq Hindistan Ermənistanı da silahlandırır.

Hindistanın İran, Ermənistan və Gürcüstan üzərindən Qara dənizə və Avropaya dəhliz açması mümkündür və bu dəhliz Hindistanın quru yolla Avropaya çıxmaq ehtiyacını ödəyə bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Deyək ki, Azərbaycanı gözardı edərək İran Ermənistan vasitəsilə Gürcüstana Qara dənizə çıxışını təmin etmək istəyir. Ancaq nəzərə alın ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi, sərhədlərin delimitasiya və demakrasiyası, eyni zamanda yeni nəqliyyat kommunikasiyaların açılmasıyla bağlı “Zəngəzur dəhlizi” məsələsi həll olunmadan belə bir dəhlizin işlək olması, həyata keçirilməsi mümkün deyil”.

Azərbaycanla münasibətləri korlamaqla Hindistanın heç nəyə nail ola bilməyəcəyini nəzərə çatdıran politoloq Poliqon-a bildirib ki, təkbaşına və Azərbaycan olmadan Ermənistan da heç nəyə nail ola bilməyəcək:

“Elə bir istək, belə bir plan mövcuddur. Hindistan İran üzərindən Ermənistana oradan Gürcüstana və Qara dəniz vasitəsilə Avropaya çıxış üçün yeni nəqliyyat kommunikasiya dəhlizi açmaq fikrindədir. Bu təkcə Hindistanın deyil, eyni zamanda Ermənistanın maraqlarına uyğundur. Bəlkə də, məhz Çin və ABŞ-nin digər rəqib ölkələrini oyundan kənar vəziyyətdə qoymaq üçün Vaşinqton da bu layihədə iştirak edir. Sadəcə İran üzərindən bu layihənin həyata keçirilməsi biraz problematikdir. Çünki xəritəyə ötəri göz atdıqda belə görünür ki, bu layihə Azərbaycanın iştirakı olmadan mümkün deyil. Əvvəla Ermənistanın lojistik infrastrukturu və hazır yolları yoxdur. Yəni Hindistanın Ermənistanla bağlı bu layihəsi böyük maliyyə vəsaiti və zaman tələb edir. Azərbaycanda isə lojistik infrastruktur çoxdan fəaliyyət göstərir. Digər tərəfdən də Ermənistandan keçən bütün yolla ra Azərbaycan ordusunun nəzarəti altındadır.

Yəni Azərbaycanın maraqları kənarında, Azərbaycanla razılaşdırılmadan, bölgədə sülh olmadan və bunun üçün konkret təminatlar olmadan elə bir dəhlizin işləməsi mümkün deyil. Çünki deyək ki, Azərbaycanı gözardı edərək İran Ermənistan vasitəsilə Gürcüstana Qara dənizə çıxışını təmin etmək istəyir. Ancaq nəzərə alın ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi, sərhədlərin delimitasiya və demakrasiyası, eyni zamanda yeni nəqliyyat kommunikasiyaların açılmasıyla bağlı “Zəngəzur dəhlizi” məsələsi həll olunmadan belə bir dəhlizin işlək olması, həyata keçirilməsi mümkün deyil. İstənilən qlobal gücün maraqları kontekstində olsa belə, mümkün deyil.

Bildiyimiz kimi, Azərbaycanın hələ də işğalda olan əraziləri var və bu kəndlərin içərisində iki kənd xüsusi strateji əhəmiyyət daşıyır. Birincisi Yuxarı Əskipara kəndi, ikincisi isə Naxçıvanın Kərki kəndidir. Bu kəndlər Azərbaycana qaytarılmalıdır və bu gün bu kəndlərin qaytarılması danışıq predmetidir. Bu kəndlər Azərbaycana qaytarıldığı təqdirdə, Ermənistanı Azərbaycana bağlayan yollar hamısı Azərbaycanın bilavasitə müşahidə və nəzarətinə keçəcək. Azərbaycan istəmədiyi halda nəinki Hindistanın, heç bir ölkənin bu yolla normal ticarət kommunikasiyası kimi, loqistik mərkəzlər kimi istifadə etməsinə imkan verilməyəcək.

Ona görə də, indiki vəziyyətdə Azərbaycanı oyundan kənar vəziyyətə qoymaq istəyən həmən ölkələrin özü oyundan kənar vəziyyətə qalacaq. Çünki bu nəqliyyat kommunikasiya sistemləri sadəcə olaraq Avrasiyadan Avropaya daşınan İran üzərindən olan xətt deyil. Şərtlər Orta Asiyadan keçən və Rusiyanı həm Avropayla həm də digər ölkələrlə birləşdirən yeganə körpü Azərbaycandır. Yəni burda həm Şimal-Cənub nəqliyyat kommunikasiya sistemi, həm də Şərq-Qərb nəqliyyat kommunikasiya sistemi işlək olacaq. Belə olduğu təqdirdə hər iki nəqliyyat kommunikasiya sisteminin mərkəz rolunda çıxış edən ölkəsi Azərbaycandır.

Natiq Miri: “Hələlik bu məsələ yalnız sözdə cəlbedici, real görünə bilər. Ancaq mahiyyətdə, reallıqda elə bir imkanların olduğu görünmür”.

Ona görə də, Şərqdən Qərbə, Qərbdən Şərqə, Şimaldan Cənuba, Cənubdan da Şimala yönələn hər bir ölkənin, o cümlədən Hindistanın da Azərbaycana ehtiyacı var. Buna görə də, Azərbaycanla münasibətləri korlamaqla Hindistan heç nəyə nail ola bilməyəcək. Eyni zamanda Ermənistan da öz layihələri ilə ortada qalacaq. Əvvəla Ermənistanın bu sistemləri işlək vəziyyətə salması üçün infrastrukturları yox dərəcəsindədir. Bunun üçün böyük maliyyələrə ehtiyac var və böyük maliyyələri indiki vəziyyətdə ABŞ və onun NATO üzrə müttəfiqləri Avropa Birliyi ölkələri təmin edəcək səviyyədədir. Onlar da Şərq-Qərb dəhlizinin açılamasında maraqlıdırlar. Yəni Asiyadan Orta Asiyadan başlayan Azərbaycan Ermənistan-Türkiyə Aralıq dənizi və Avropaya çıxacaq kommunikasiya sistemini maliyyələşdirməkdə maraqlıdırlar. Avropanın yenidənqurma bankı bununla bağlı konkret müqavilələr də imzalayıb.

Buna görə bir də bu məsələ var. Onlar da heç də Hindistandan İrana və İrandan Ermənistana Gürcüstana daşınacaq nəqliyyat sisteminə deyil, məhz Şərq-Qərb dəhlizinə investisiya qoymaqda maraqlıdırlar. Çünki Azərbaycanın bu yöndə infrastrukturu ciddi inkişaf edib və getdikcə daşınacaq yüklərin tonajı Azərbaycanın limanlarında artırılır. Artıq 5 milyon tona yaxın yükdaşıma imkanına malik limanlarımız mövcuddur və gələcəkdə bunun iki-üç qatı səviyyəsində yüklərin daşınması üçün bütün potensial həyata keçiriləcək.

Qeyd edim ki, Azərbaycan-Ermənistan müqayisə olunmayacaq dərəcədə fərqli imkanlara malikdirlər. Hələlik bu məsələ yalnız sözdə cəlbedici, real görünə bilər. Ancaq mahiyyətdə, reallıqda elə bir imkanların olduğu görünmür. Ona görə, sülh həm Hindistan üçün, həm İran üçün, həm Ermənistan üçün, həm də Qərb dünyası üçün olmazsa olmaza çevrilir. Çünki hər kəs bu yeni kommunikasiya sistemlərinin öz nəzarətinə keçirmək istəyindədir və ən böyük rəqabət də bu yöndədir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Rusiya ilə Çin arasında ödənişlər demək olar ki, qeyri-mümkün olub

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Ən çox oxunanalar