Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xüsusi prokuror Trampa qarşı cinayət işinin dayandırılmasına etiraz edib

ABŞ-ın xüsusi prokuroru Cek Smit Florida məhkəməsinin ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı məxfi sənədlərlə düzgün rəftar edilməməsi ilə bağlı cinayət işini rədd edilməsi qərarından apellyasiya şikayəti verib...

Poliqon xəbər verir ki, xüsusi prokuror Smitin şikayətinə Atlantadakı 11-ci ABŞ Dairə Apellyasiya Məhkəməsi baxacaq.

Qeyd edək ki, iyulun 15-də Florida federal dairə məhkəməsi xüsusi prokuror Cek Smitin təyin edilməsi ABŞ Konstitusiyasının müddəasını pozduğu üçün Donald Trampın cinayət işi üzrə bütün ittihamları rədd etmək qərarına gəlib. Məhkəmə müəyyən edib ki, Smit qanuni əsas olmadan Xəzinədarlıqdan maliyyələşdirilib.

Xatırladaq ki, Donald Tramp 2023-cü ilin iyununda məxfi sənədlərlə işləmə qaydalarını pozmaqda ittiham olunub. İş materiallarında deyilir ki, o, 2021-ci ildə prezidentlikdən getdikdən sonra məxfi sənədləri Ağ Evdən çıxarıb və Floridadakı Mar-a-Laqo iqamətgahında saxlayıb. Sənədlər 2022-ci ilin avqustunda FTB-nin axtarışları zamanı aşkar edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay