Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ermənistan “Şuşa texnologiya universiteti”nə lisenziya verib və onun fəaliyyətinin 1 sentyabrdan bərpa edilməsinə şərait yaradıb...

Tural İsmayılov: ““Şuşa texnologiya universiteti” adlı qondarma təhsil ocağının hakimiyyət tərəfindən dəstəklənməsi və eyni zamanda orada müxtəlif revanşistlərin təhsil, tədris adı altında birləşməsi Azərbaycana, Azərbaycan ərazilərinə qarşı yeni ideoloji cəbhənin Ermənistan hakimiyyəti tərəfindən yeni ideoloji cəbhənin Ermənistan hakimiyyəti tərəfindən təşviq edilməsi deməkdir”.

Ermənistan hakimiyyəti dildə sülhlə bağlı danışsa da, praktikada sülhün əleyhinə fəaliyyət göstərir”.

Bu sözləri politoloq Tural İsmayılov Ermənistanda “Şuşa texnologiya universiteti”nin yenidən fəaliyyətə başlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ErmənistanŞuşa texnologiya universiteti”nə lisenziya verib və onun fəaliyyətinin 1 sentyabrdan bərpa edilməsinə şərait yaradıb. Təhsil ocağının müəllimi və jurnalist olduğunu bildirən Nairi Oxikyan bunu vaxtilə Qarabağda yaşayan mütəxəssislərin işlə təmin olunacaqları və bir yerdə olacaqları kimi qələmə verib. O, eyni zamanda bildirib ki, bu addım “böyük qayıdış”a hazırlıqdır.

Ermənistanda “Şuşa texnologiya universiteti” adlı qondarma təhsil ocağını yenidən bərpa etmək rəsmi İrəvanın ölkəmizə qarşı separatizmi hələ də dəstəkləməsi deyilmi və Azərbaycan buna hansı səviyyədə reaksiya verməlidir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Düşünürəm ki, Azərbaycan da buna qarşı ən sərt reaksiya verməlidir”.

Paşinyanın Qarabağla bağlı iddiaları özündə əks etdirən dərs vəsaitlərini aradan qaldırmadığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, hələ də, Ermənistanın orta məktəblərində və universitetlərində tədris materiallarında Azərbaycan və Türkiyə ərazilərini iddialar öz əksini tapır:

“Bütövlükdə, Ermənistan hakimiyyəti dildə sülhlə bağlı danışsa da, praktikada sülhün əleyhinə fəaliyyət göstərir. İndiyə qədər sistematik şəkildə separatçılıq ideyalarının hakimiyyət tərəfindən tədrisinin və təbliğinin dayanmadığını müşahidə edirik. Əlbəttə ki, Paşinyan Qarabağla bağlı iddiaları özündə əks etdirən dərs vəsaitlərini aradan qaldırmır. Hələ də, Ermənistanın orta məktəblərində və universitetlərində tədris materiallarında Azərbaycan və Türkiyə ərazilərini iddialar öz əksini tapır.

Eyni zamanda bu gün Nikol Paşinyan hakimiyyətinə yaxın olan və yaxud Paşinyan hakimiyyəti tərəfindən idarə edilən Ermənistan mediasında, sosial media seqmentində hələ də Azərbaycan ərazilərinə iddialar və saxta “Artsax” məsələsi öz əksini tapmağa davam edir. Son olaraq da “Şuşa texnologiya universiteti” adlı qondarma təhsil ocağının hakimiyyət tərəfindən dəstəklənməsi və eyni zamanda orada müxtəlif revanşistlərin təhsil, tədris adı altında birləşməsi Azərbaycana, Azərbaycan ərazilərinə qarşı yeni ideoloji cəbhənin Ermənistan hakimiyyəti tərəfindən yeni ideoloji cəbhənin Ermənistan hakimiyyəti tərəfindən təşviq edilməsi deməkdir.

Bütövlükdə hesabat edirəm ki, ümumiyyətlə Ermənistan hakimiyyəti tərəfindən dəstəklənən ayrı-ayrı platformalarda Azərbaycana aid olan coğrafi toponimlərin istifadə edilməsi və revanşizmin dəstəklənməsi Ermənistan hakimiyyətinin növbəti ikiüzlülüyünü göstərir.

Düşünürəm ki, Azərbaycan da buna qarşı ən sərt reaksiya verməlidir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar