Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda narkotik çəkib avtoxuliqanlıq etdilər: Həbs olundular

Paytaxtda narkotik vasitənin təsiri altında sürət yarışı keçirən sürücülər saxlanılıblar...

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, paytaxtın Nərimanov rayonu H.Əliyev prospektində "Hyundai" markalı, 10-RM-044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orxan Qalib oğlu Abdullazadə və VAZ-21705 markalı, 10-XO-034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Erol Azər oğlu Quluzadə avtoxuliqanlıq hərəkətləri etdikləri üçün idarənin əməkdaşları tərəfindən saxlanılıblar.

Sənədləri yoxlanılan zaman sürücülərin hərəkətləri şübhə doğurduğundan onların tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Abdullazadənin və E.Quluzadənin narkotik vasitə qəbul etmələri də müəyyən olunub.

Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə O.Abdullazadənin və E.Quluzadənin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar 15 sutka inzibati qaydada həbs ediliblər.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar