Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Çin strateji müttəfiqliyi - Bu əməkdaşlıq hansı səviyyəyə qədər inkişaf edə bilər?

Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə prezident İlham Əliyevlə Çin dövlət rəhbəri Si Tsinpin arasındakı görüş keçirilib...

Politoloq: “Bu gün də Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir”.

“Bəyanata görə, Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Bəyanatın bu bəndi strateji və mühümdür”.

Bu sözləri politoloq Turan Rzayev prezident İlham Əliyevlə Çin dövlət rəhbəri Si Tsinpin görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə prezident İlham Əliyevlə Çin dövlət rəhbəri Si Tsinpin arasındakı görüş keçirilib və bu görüşdə strateji müttəfiqliklə bağlı birgə bəyannamə imzalanıb. Beləliklə də, Çin Azərbaycanın rəsmi tərəfdaşı olub.

Bəs, Azərbaycan-Çin strateji müttəfiqliyi hansı sahələr üçün əhəmiyyətlidir və bu əlaqələrin gələcək perspektivləri necə görünür?

Azərbaycan və Çin münasibətlərini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Azərbaycan “Bir Kəmər bir yol” təşəbbüsünün üç əsas xəttinin kəsişdiyi nöqtədədir. Şimal-cənub və şərq-qərb Beynəlxalq Nəqliyyat Dəhlizi məhz ölkəmizdə kəsişir. Bu kəsişmənin kilid nöqtəsi isə Zəngəzurdur. Bakının Zəngəzur dəhlizində israrlı olmasının təməl məntiqi məhz budur”.

Transxəzər layihəsinin bu günə qədər icra edilməməsinin əsas səbəbinin məhz Kreml olduğunu xatırladan politoloq əlavə edib ki, Kreml Transxəzər layihəsi reallaşsa Qazax, Türkmən, Özbək qazı Transxəzər boru xətti ilə Azərbaycana, buradan isə TAP və TANAP layihəsi ilə Avropaya çatdırılacağını yaxşı anlayır. Bu isə faktiki olaraq Avropanın Kremldən olan qaz asılılığını yarıbayarı endirəcək:

“Öncə onu qeyd edim ki, rəsmi Bakı ilə Pekin arasında köklü münasibətlər var. Diplomatik münasibətlərin qurulduğu 1992-ci il aprelin 2-dən bu günə qədər isə iki ölkə arasında əməkdaşlıq çoxşaxəli şəkildə inkişaf edir.

Bu gün də Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Münasibətlərin inkişafında xüsusilə Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətləri önəmli rol oynayır. Misal üçün, Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. Bundan başqa iki ölkə lideri arasında indiyədək keçirilmiş səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir.

2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Bir Kəmər bir yol Forumu”nda iştirak edib. 15 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib.

Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında Astanada baş tutan görüşün ən diqqətçəkən tərəfi isə şübhəsiz “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması oldu. Bu bəyannamə ilə iki ölkə münasibətləri strateji səviyyəyə yüksəlib.

Turan Rzayev: “Bu məsələnin Pekin ilə Bakı arasında razılaşdırılması onu deməyə əsas verir ki, Çin Rusiyanı bu məsələdə ya kənarda saxlayıb ya da maraqlarının qorunacağına qarant verib”.

Bəyannamənin bir sıra detalları diqqət çəkir:

Birincisi, bəyannaməyə görə, Azərbaycan daim “Vahid Çin” prinsipini və Çinin Sincan-Uyğur Muxtar Rayonu, Tayvan və Honkonq ilə bağlı mövqeyini birmənalı olaraq dəstəkləyir. Əslində, rəsmi Bakının bu mövqeyi təkcə Çinə xas deyil. Prinsip etibarilə, Bakı bütün ölkələrin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan separatçılığı dəstəkləmədiyi kimi bu kimi fəaliyyətlərin də hər zaman əleyhinədir. Bakının bu mövqeyi həm də Pekinin keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsi, həmçinin 44 günlük müharibə zamanı verdiyi dəstəklə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri də pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri olub.

İkincisi, bəyanata görə, Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Bəyanatın bu bəndi strateji və mühümdür.

Azərbaycan Çinin irəli sürdüyü “Bir Kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Hətta bu layihəni mərhum prezident Heydər Əliyev prezidentliyi dövründə düzgün qiymətləndirmiş və maraq göstərmişdir. H.Əliyevin strateji və perspektivli gördüyü bu layihə İlham Əliyev tərəfindən davam etdirildi.

Belə ki, Çinlə nəqliyyat-loqistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq quran Azərbaycan bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Bir Kəmər bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Xüsusilə qeyd edim ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü” ilə 10 noyabr bəyantına salınan maneəsiz hərəkət prinsipi (Zəngəzur dəhlizi) məhz “Bir Kəmər, bir Yol” təşəbbüsünə hesablanıb.

Belə ki, Azərbaycan “Bir Kəmər bir yol” təşəbbüsünün üç əsas xəttinin kəsişdiyi nöqtədədir. Şimal-cənub və şərq-qərb Beynəlxalq Nəqliyyat Dəhlizi məhz ölkəmizdə kəsişir. Bu kəsişmənin kilid nöqtəsi isə Zəngəzurdur. Bakının Zəngəzur dəhlizində israrlı olmasının təməl məntiqi məhz budur.

Turan Rzayev: “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ərsəyə gələrsə, bu Azərbaycanın Avropaya nəql edəcəyi qazın həcminin, həmçinin daşıyıcı ölkə kimi rolunun artması deməkdir”.

Üçüncüsü, bəyanatda qeyd olunur ki, “Bundan başqa Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak edir”.

Aydın məsələdir ki, Transxəzər layihəsinin bu günə qədər icra edilməməsinin əsas səbəbi məhz Kremldir. Kreml yaxşı anlayır ki, Transxəzər layihəsi reallaşsa Qazax, Türkmən, Özbək qazı Transxəzər boru xətti ilə Azərbaycana, buradan isə TAP və TANAP layihəsi ilə Avropaya çatdırılacaq. Bu isə faktiki olaraq Avropanın Kremldən olan qaz asılılığını yarıbayarı endirəcək. Lakin bu məsələnin Pekin ilə Bakı arasında razılaşdırılması onu deməyə əsas verir ki, Çin Rusiyanı bu məsələdə ya kənarda saxlayıb ya da maraqlarının qorunacağına qarant verib.

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ərsəyə gələrsə, bu Azərbaycanın Avropaya nəql edəcəyi qazın həcminin, həmçinin daşıyıcı ölkə kimi rolunun artması deməkdir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi həmçinin gələcəkdə Xəzərin dibi ilə avtomobil və qatarların hərəkətini də mümkün edə bilər. Müqayisə üçün deyim ki, Türkiyə bunun bir bənzərini Avrasiya tuneli ilə reallaşdırıb. Bakı da Çin ilə birlikdə bunu icra edə bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar