Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Braziliyanın eks-prezidenti dövlət əmlakını mənimsəməkdə ittiham olunur

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən bağışlanan zinət əşyalarının mənimsənilməsi işində ittiham olunub...

Poliqon xəbər verir ki, bu barədə Braziliyanın “Globo” nəşri məlumat yayıb. İttihama baxmayaraq, polis onun həbsi üçün order tələb etməyib.

“Globo” nəşrinə görə, Jair Bolsonaro prezident vəzifəsini icra edərkən, onun köməkçiləri Səudiyyə Ərəbistanı və Bəhreyndən göndərilən ən azı dörd hədiyyəni satıb və ya satmağa cəhd ediblər. Onların arasında 3,2 milyon dollar dəyərində qızıl-zinət əşyaları da var.

Reuters Agentliyi mənbələrə istinadən xəbər verir ki, fevral ayında polis Jair Bolsonaroya pasportunu təhvil verməyi tələb edib. Belə ki, o, mümkün həbs ərəfəsində ölkəni tərk etmək imkanından məhrum edilib. Bundan bir qədər əvvəl polis prezident cənab Bolsonaronun dövründə bu postları tutan keçmiş nazirlərlə əlaqəli mülklərə dair axtarış qərarı alıb.

Xatırladaq ki, Jair Bolsonaro 2019-2023-cü illərdə Braziliya prezidenti olub. O, 2024-cü il yanvarın 1-də dövlət başçısı postunu tərk edib. Səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış o, ABŞ-a uçub. Bunun ardınca seçkinin nəticələri ilə razılaşmayan keçmiş liderin tərəfdarları etiraz aksiyalarına çıxıblar və onlar Braziliyanın paytaxtında hökumət binalarına basqın ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar