Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il buraxılış imtahanı üzrə ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələr - Siyahı

Ötən il 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarında ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələrin adları açıqlanıb...

"Report" xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, 9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan, Bakı, Mingəçevir şəhərlərinin və Qubadlı, Abşeron, Şahbuz rayonlarının şagirdləri göstərib. Bu bölgələrin orta statistik şagirdlərinin göstəriciləri, müvafiq olaraq, 128.1, 127.7, 120.7, 117.6, 114.5, 111.5 və 111.3 bala bərabər olub.

Ən aşağı göstəricilər isə Ağcabədi, Sabirabad, CəlilabadDaşkəsən rayonlarının şagirdlərinə (müvafiq olaraq, 78.6, 77.9, 74.8 və 73.5 bal) məxsusdur.

Həmçinin qeyd edilib ki, 11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Sumqayıt şəhərinin, Qubadlı rayonunun, Bakı və Naxçıvan şəhərlərinin, Abşeron və Xocavənd rayonlarının şagirdləri əldə edib. (müvafiq olaraq, 135.6, 133.0, 126.7, 124.2, 115.8 və 115.6 bal).

Ən aşağı göstəricilər isə Yardımlı, İmişli, Cəlilabad, SabirabadDaşkəsən rayonlarının şagirdlərinə (müvafiq olaraq 74.5, 74.1, 71.0, 69.7 və 65.2 bal) məxsusdur.

Poliqon.info


Etiket: imtahan DİM


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Rusiya ilə Çin arasında ödənişlər demək olar ki, qeyri-mümkün olub

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Ən çox oxunanalar