Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sel kəndlərlə rayonların əlaqəsini kəsdi - Video

Dünəndən başlayan yağışlar səbəbindən İsmayıllı rayonun Sədiyan kəndinin yolları bərbad vəziyyətə düşüb. Yaxınları 75 yaşlı qadını xəstəxanaya aparmaq istəsələr də, yolda qalıblar...

Poliqon Xəzər TV-yə istinadən bildirir ki, Girdiman çayına güclü sel gəldiyindən, bir neçə kəndin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib. Bu səbəbdən kəndlərə getmək istəyən avtomobillərin hərəkəti dəyanıb. Hazırda sel axını davam edir. Sakinlər deyirlər ki,yağan yağışlar səbəbindən yolları keçilməz hala düşüb.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Cahangir Surxayevin verdiyi məlumata görə, Sədiyan kəndinin yollarının yarasız vəziyyətə düşməsi barədə aidiyəti orqanlara məlumat verilib. Onun sözlərinə görə, yağış yağdığından sözügedən yolda iş görmək mümkün deyil. Havalar sabitləşən kimi təmir işlərinə başlanacaq.

Şamaxıda isə maşının içində selə düşən şəxslər xilas ediliblər. bu barədə fövqəladə hallar nazirliyi məlumat yayıb. bildirilib ki, qırxbulaq çayının şamaxı rayonunun qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən 3 nəfər avtomobildə təhlükəli vəziyyətdə qalıb. Məlumatla əlaqədar fhn-nin dövlət yanğından mühafizə xidməti şamaxı rayon yanğından mühafizə hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə çayda qalmış minik avtomobilində olan 3 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.

Ötən gecə Qərb bölgəsində qeyri-sabit hava şəraiti yenidən bir sıra fəsadlar törədib. Güclü yağıntılar nəticəsində Göygöl rayonunun Qızılca və Üçtəpə kəndlərində fərdi təsərrüfatlara ziyan dəyib. Sel nəticəsində 7 evi su basıb. İki yaşayış evinin hasarı uçub, 5 evin həyəti və yaşayış sahəsi suyun altında qalıb. Bir ev əşyaları ilə birgə yararsız vəziyyətə düşüb.

Dolu və güclü yağışdan sonra Qızılca kəndindən də sel keçib. Yağış sularının təsiri ilə qayalardan tökülən daşlar səbəbindən Gəncə-Daşkəsən yolu bir neçə saatlığa bağlanıb. Sel suları Qızılca və Üçtəpə kəndinin yollarına və əkin sahələrinə də zərər vurub.

Quba rayonuna yağan leysan yağışlar çaylarda daşqına səbəb olub. Nəticədə Rustov kəndində evləri, həyətyanı sahələri su basıb, sakinlər çətin vəziyyətdə qalıb.

Xanagəh kəndində isə yolu sel suları yuyub. Bir neçə yaşayış məntəqəsi ilə əlaqə kəsilib.

Dünən gece saatlarında yağan güclü leysan yağışlar Qəbələdə də fəsadlar törədib. Yengicə kəndi və bir neçə kəndi birləşdirən yol tamamilə bağlıdır. Buna səbəb Demiraparan çayının bir qolunda suyun artması nəticəsində yolun tamamilə dağılması və sel sularıdır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar