Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MN: Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara texniki qulluq göstərilir

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) birləşmə, hissə və bölmələrində bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir...

Poliqon xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

ƏÜO-nun birləşmə, hissə və bölmələrində silah və texnikaların saz vəziyyətdə saxlanması, təlimata uyğun istifadə və istismar olunması, həmçinin mövsümə uyğun texniki qulluğun göstərilməsi ilə bağlı məşğələlər keçirilib.

Məşğələlər zamanı keçirilən dərslərdə bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırılıb və mövsümi tələblərə uyğun olaraq silah və texnikalara texniki qulluğun göstərilməsi, həmçinin hissə və mexanizmlərin dəyişdirilməsi praktiki olaraq şəxsi heyətə göstərilib.

Məşğələlərdən sonra bölmələrdə avtomobil və zirehli texnikalara, aviasiya və hava hücümundan müdafiə vasitələrinə, rabitə avadanlıqlarına, raket-artilleriya silahlarına, atıcı silahlara və döyüş sursatlarına planlı şəkildə mövsümi qulluğun göstərilməsinə başlanılıb.

Qeyd edək ki, texnikalara vaxtında düzgün texniki qulluğun göstərilməsi bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılmasına imkan yaradır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Bəylə-gəlin futbola görə toylarını dayandırdılar - Video

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Ən çox oxunanalar