Çərşənbə axşamı, 11 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kritik vəziyyətdə NATO Ukraynada Rusiya ilə birbaşa müharibəyə girə bilər?

Son zamanlar bir sıra Qərb liderləri Ukraynaya NATO qoşunlarının yeridilməsi ilə bağlı bəyanatlar səsləndirirlər...

Hərbi-ekspert: “Bu ölkələrdən bir neçəsi Rusiyaya qarşı fəaliyyətlər üçün Ukrayna ərazisinə qoşun yeritmək barədə bəyanatlar səsləndiriblər”.

“Hesab edirəm ki, NATO hazırda vəziyyətdə birbaşa olaraq Rusiya ilə qarşı-qarşıya gəlmək, döyüş əməliyyatlarında niyyətindən uzaqdır”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Ukraynaya NATO qoşunlarının yeridilməsi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar Makron başqa olmaqla bir sıra Qərb liderləri Ukraynaya NATO qoşunlarının yeridilməsi ilə bağlı bəyanatlar səsləndirirlər. Ən son İsveçin baş naziri bildirib ki, NATO istəsə onun ölkəsi Ukraynaya ordu yeritməyə hazırdır. Eyni zamanda Rusiyadan da bu bəyanatlara nüvə müharibəsi təhdidi ilə cavab verirlər.

Kritik vəziyyətdə doğrudan da NATO Ukraynada Rusiya ilə birbaşa müharibəyə girə bilər və bu müharibənin nəticələri nüvə müharibəsi ilə bitməsi ehtimalını necə dəyərləndirmək olar?

Ukraynada NATO-Rusiya qarşıdurma ehtimalını Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Bu günə qədər biz yeridilən bu qoşunların, xüsusilə də Fransa qoşunlarının hansısa döyüş əməliyyatlarına qatıldığı və ya döyüş əməliyyatlarının gedişatına təsir edə biləcək fəaliyyətlərə başladığına dair heç bir dəlillərə malik deyilik”.

Bir çox NATO ölkələrinin Ukrayna ərazisinə qoşun yeridilməsinin tamamilə əleyhinə olduğunu xatırladan ekspert əlavə edib ki, yaxın zamanda NATO-nun Ukrayna ərazisinə qoşun yeritməsi mümkün görünmür:

“Bu ölkələrdən bir neçəsi Rusiyaya qarşı fəaliyyətlər üçün Ukrayna ərazisinə qoşun yeritmək barədə bəyanatlar səsləndiriblər. Hətta bəziləri bu qoşunların artıq Ukrayna ərazisində yerləşdirdikləri dair bəyanatları da ictimaiyyətə açıqlayıblar. Lakin bu günə qədər biz yeridilən bu qoşunların, xüsusilə də Fransa qoşunlarının hansısa döyüş əməliyyatlarına qatıldığı və ya döyüş əməliyyatlarının gedişatına təsir edə biləcək fəaliyyətlərə başladığına dair heç bir dəlillərə malik deyilik.

Hesab edirəm ki, NATO hazırda vəziyyətdə birbaşa olaraq Rusiya ilə qarşı-qarşıya gəlmək, döyüş əməliyyatlarında niyyətindən uzaqdır. Amma ayrı-ayrı ölkələr belə bir qərar qəbul edib, həyata keçirə bilərlər. Lakin bu qərarın da Rusiya tərəfindən kifayət qədər sərt hərbi tədbirlərlə qarşılaşacağı şübhə doğurmur.

Eyni zamanda, bir çox NATO ölkələri Ukrayna ərazisinə qoşun yeridilməsinin tamamilə əleyhinədir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, yaxın zamanda NATO-nun Ukrayna ərazisinə qoşun yeritməsi mümkün görünmür. Lakin ayrı-ayrı ölkələr öz hərbi kontingentini Ukrayna ərazisinə yeritməkdə sərbəstdir. Amma həmin qoşunlar Rusiyaya qarşı birbaşa döyüş əməliyyatlarında iştirak edərlərsə, Rusiya həmin ölkələrin də ərazisinə hava zərbələri endirə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda "Badam" klinikasında çalışan həkim sinə əməliyyatı etdiyi qadınla münasibətdə oldu

Nəşi tapılan hərbçimizlə bağlı rəsmi açıqlama

Bakıda ucuz qiymətə mənzillər satılır - Amma alan yoxdur

Türkiyədə inflyasiya ilin sonuna qədər 75,4%-dən 38%-ə düşəcək

7 min illik möcüzə: evdə hazırlaya biləcəyiniz ən sağlam içki

Çips yediyi üçün zəhərlənərək öldüyü deyilən Turqutun babası danışdı - Yenilənib

Uşaqlarda nitq geriləməsi: Danışıq problemi olan azyaşlıların sayı niyə artıb?

"Məsciddə dedilər ki, tövbə eləmisən?" - Rafael İsgəndərovun etirafları

Zamirə Hacıyeva Bakıda qaçırılmasından danışdı: "Üç kişi məni apardı..."

Ən çox oxunanalar