Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meteohəssas insanların nəzərinə:  İki gün maqnit qasırğası olacaq

“Mayın 11-12-də maqnit qasırğası gözlənilir”...

Bu barədə Oxu.Az-a Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, son üç gün ərzində Günəşdə M və X sinif alışmalar baş verib. X.2.2 alışması hesabına yaranan tac kütlə atılması Yerə istiqamətlənib, böyük ehtimalla mayın 11-də Yerə çatmalıdır. X.1.1. alışmasının nəticəsi olan daha bir tac kütlə atılmasının proqnozu haqqında model çalışmalar davam edir.

Vurğulanıb ki, 8-9 may tarixlərində bəzi oblastların aktivliyi səbəbindən geomaqnit qasırğası 11-12 may tarixlərində gün ərzində əsasən G1-G3 səviyyələri arasında dəyişəcək, 11 may tarixində Bakı vaxtı ilə saat 09:00-dan 12:00-dək qasırğanın güclənəcəyi, G4 səviyyəsinə qədər yüksələcəyi proqnozlaşdırılır. 13 may tarixindən etibarən isə geomaqnit sahə normal səviyyəyə enəcək.

Qeyd olunub ki, bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay