Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin oğlu Fox News telekanalını məhkəməyə verməklə hədələyir

Amerika prezidenti Co Baydenin oğlu Hanter Bayden Fox News telekanlını böhtana, onun imicindən istifadəyə və qeyri-qanuni yolla əldə edilmiş fotoşəkilləri dərc etməyə görə məhkəmə işi ilə hədələyir...

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı telekanala göndərilən müvafiq məktuba istinadən məlumat yayıb.

Məktubda Hanter Baydenin hüquq firması, hüquqşünasların gələcək məhkəmə çəkişmələri üçün "qeydlərin saxlanmasını" istədikləri Fox News və onun aparıcılarına qarşı “qaçılmaz” məhkəmə prosesinin gözlədiyi qeyd olunur.

Bundan əlavə, hüquq firması Fox News telekanalından Hanter Baydenin xarici biznes sövdələşmələrinə diqqət yetirən altı hissədən ibarət yumoristik filmi efirdən çıxarmağı tələb edib.

“Cənab Baydeni mütəmadi olaraq böhtan və təhqir etməklə, Foks telekanalı eyni zamanda onun imicinin, adının və reputasiyasının qeyri-qanuni kommersiya istismarından və Baydenin nalayiq fotoşəkillərinin rüsvayçı şəkildə yayılmasından qazanc əldə etməyə çalışır”, deyə məktubda deyilir.

Axios qeyd edir ki, vəkillər aprelin 26-dək Fox News-dan cavab istəyiblər, lakin bu cavabı ala bilməyiblər.

Qeyd edək ki, 2023-cü ilin dekabrında kiçik Bayden doqquz maddə üzrə ittiham olunub. Müstəntiqlərin fikrincə, o, 2016-2019-cu illərdə ən azı 1,4 milyon dollar məbləğində vergi ödəməyib. Bu halda Amerika prezidentinin oğlunu 17 ilə qədər həbs gözləyir. Onun müdafiəsi ittihamları siyasiləşdirilmiş hesab edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Ən çox oxunanalar